reklam
Regionxeberlericom.az » Gündəm » Həbs olunan DGK generalının müavini ölkəni tərk etdi

reklam

Həbs olunan DGK generalının müavini ölkəni tərk etdi















Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli məmurları həbs olunub. 

Onlar xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər cinayətlərdə şübhəli bilinirlər.

Həbs olunanlardan DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, DTX-nin keçirdiyi əməliyyatdan sonra DGK zabitlərindən biri ölkəni tərk edib.

Həmin şəxsin ötən gün həbs edilən rəis Məsum Rəsulovun müavini Fikrət Ələsgərli olduğu da gələn xəbərlər sırasındadır.

Onun hansı səbəbdən ölkə xaricində olduğu barədə məlumat yoxdur.

DGK məmurlarının həbs olunduğu bir vaxtda polkovnik Fikrət Ələsgərlinin ölkənin hüdudlarından kənarda olması onun qaçdığı barədə ehtimalların gündəmə gəlməsinə səbəb olub.

Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladıq,

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Ələsgərlinin işdə olduğu və ya ölkəni tərk etdiyini dəqiqləşdirməyə çalışsaq da, cavab vermədilər.





Paylaş:


Müəllif : Tarix:
16-07-2022, 16:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər