reklam
Regionxeberlericom.az » Gündəm » Səfər Mehdiyevin yerinə KİMİ HAZIRLAYIRLAR? - Onların adları çəkilir...

reklam

Səfər Mehdiyevin yerinə KİMİ HAZIRLAYIRLAR? - Onların adları çəkilir...















Səfər Mehdiyevin “vurulmasından” sonra Dövlət Gömrük Komitəsinin sədrliyinə ehtimal namizədlərin adları çəkilməyə başlayıb.

RegionXəbərləricom.az xəbər verir ki, gununsesi.info-nun araşdırması zamanı artıq üç şəxsin bu posta iddialı olduğu üzə çıxıb.

Onlardan biri ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarovun yaxın adamı hesab edilən Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevdir.

İddialara görə, Mikayıl Cabbarovun seçimi onun üzərində dayanıb. Artıq bu barədə söhbət komitədə də yayılmağa başlayıb.

Komitə sədrliyinə digər bir namizəd isə Gömrük Komitəsinin generalı Bəhruz Quliyevdir. Bu o şəxsdir ki, bir neçə ay əvvəl Səfər Mehdiyevlə münasibətlərində ciddi gərginlik yaşanıb. Sonradan Mehdiyev onu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən kənarlaşdıra bilib.

Hakimiyyət üçün arzuolunmaz şəxsə çevrilən Səfər Mehdiyevin komitədə kök atmış dayaqlarını tam sıradan çıxarmaq üçün Bəhruz Quliyevin sədrliyi real hesab edilə bilər.

Sədrliyə adı hallanan üçüncü şəxsin Vüsal Qasımlı olduğu deyilir. Onun üstünlüklərindən biri kimi indiyədək adının korrupsiya qalmaqallarında hallanmamasıdır.

Vüsal Qasımlı hazırda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru vəzifəsini tutur.




Paylaş:


Müəllif : Tarix:
18-07-2022, 12:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər