reklam
Regionxeberlericom.az » Gündəm » Qanunsuzluğa görə Göyçay sakini Prezidentə müraciət etdi -ŞİKAYƏT

reklam

Qanunsuzluğa görə Göyçay sakini Prezidentə müraciət etdi -ŞİKAYƏT
















RegionXəbərləricom.az-a Göyçay rayonu Qarabağlar kənd sakini Qaçayev Osman Zaməddin oğlu tərəfindən daxil olmuş müraciətdə deyilir;

"Cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, qızım 1996-cı il təvəllüdlü Səfərəliyeva Səadət Osman qızı öz həmkəndlimiz 1995-ci il təvəllüdlü Səfərəliyev Rəşid Xalid oğlu ilə 27 noyabr 2020-ci il tarixdə bağlanılmış rəsmi nigah əsasında 09 iyul 2021-ci ildə ailə həyatı qurmuşdur. Doğrusu Rəşid və valideynləri qonşuluğumuzda yaşadıqları üçün övladımı göz bəbəyi kimi qoruyacaqlarını güman edərək bu evliliyə razılıq vermişdim. Ən böyük razılıq səbəbi isə onun fövqəladə hallar orqanlarında çalışması olmuşdur. Çünki ömürlərini insanların malını, mülkünü, həyatını xilas etməyə həsr edən bu insanlar olduqca şərəfli peşəyə sahiblənmiş şəxslərdir. "Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları" haqqında qanunvericilikdə İşçilərin xidmətdənkənar davranışı, maddə 5.1.-ə əsasən "İşçi şəxsi həyatında ümumqəbul olunmuş milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir". Lakin təəssüflər olsun ki, Rəşid ona olan etimadımı doğrutmadı. Belə ki, o evliliyin ilk vaxtlarından əsassız bəhanələrlə qızım Səadəti incitməyə başladı. Balamın şərəf və layəqətini alçaldan ən çirkin sözlər söyləyirdi. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən "Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz". Hər gün Rəşidin söyüş və təhqirlərinə məruz qalsa da, qızım bətnindəki körpəsinin gələcəyi naminə səbir edirdi. Qızımın sözlərinə görə, Allahın üzərimizdə vacib buyurduğu namazı və digər ibadətləri yerinə yetirərkən də Rəşid və valideynləri tərəfindən əziyyətlərlə qarşılaşırdı. Bildiyiniz kimi Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində "Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır".

Hörmətli cənab Prezident! 08 sentyabr 2021-ci il tarixdə gecə saatlarında əri onu vəhşicəsinə döyməyə başlayır. Bundan sonra zorakılığın şiddətindən huşunu itirən qızımı bayılmış vəziyyətdə o, xəstəxanaya çatdırmağa məcbur olur. Səadət artıq özünə gələndə isə başının üzərində dayanaraq onu ölümlə hədələməyə başlayır. Övladıma "Əgər mənim səni döydüyümü və bətnindəki uşağın sağlamlığına zərər vurduğumu deyərsənsə, səni öldürərəm, evinizi yandıraram" deyir. Vicdanlı və haqsızlığa susmayan həkimlər isə qızımdan israrla doğru olanları yazmasını xahiş etsələr də, müsbət nəticə əldə edə bilmirlər. Çarəsiz və qorxu içərisində, ağrılardan qıvrıla-qıvrıla yatağa məhkum halda qalmış qızım isə Rəşidin tələbinə uyğun öz izahatında guya pilləkənlərdən yıxıldığını qeyd edir. Xəstəxanadan çıxandan sonra uşağın həyatda qalması üçün təxminən 1500 (min beş yüz) manat məbləğində stationar və ambulator müalicələr elətdirməyimə rəğmən uşaq tələf oldu.

O, "Fövqəladə hallar orqanları işçilərinin etik davranış qaydaları" haqqında qanunvericikdə nəzərdə tutulmuş "İşçi öz ailə üzvlərinin, habelə sosial və digər münasibətlərin onun xidməti fəaliyyətinə nüfuz etməsinə yol verməməlidir" tələblərini kobud şəkildə pozursa, ailəsinə zülm edirsə, həyat yoldaşını döyürsə, hətta öz körpəsinə belə qıyırsa, onun fövqəladə hallar işçisi kimi şərəfli vəzifə ilə vəzifələndirilməsi qətiyyən yolverilməzdir.

Məhz ona görə də ailə münaqişəsi zəmnində daha şiddətli faciələrlə üzləşməmək məqsədilə Göyçay Rayon Məhkəməsinə müraciət olundu və məhkəmənin qərarı ilə nigahın pozulması haqqında qərar qəbul edildi.

Hörmətli cənab Prezident! Məlumunuz olsun ki, Səfərəliyev Rəşid Xalid oğlu bizə tez-tez özünün Fövqəladə Hallar Nazirliyində işlədiyini və yaxın qohumlarının isə yüksək vəzifələrdə olması ilə qürurlanır, heç kimin ona gücü yetməyəcəyini bildirir. Hansı ki yuxarıda qeyd etdiyim qanunveriliyikdə "İşçi vəzifəsindən və qulluq mövqeyindən şəxsi məqsədlər üçün istifadə etməməli, xidməti zərurət olmadıqda fövqəladə hallar orqanları əməkdaşı olduğunu qabartmamalı, xidməti vəsiqəsini təqdim etməməlidir".(Maddə 5.4.) Həmçinin onun bu özünə arxayınlılığı Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində bildirilən "Bərabərlik hüququ"na tamamilə ziddir.

Cənab Prezident! Sizdən çox xahiş edirəm, yuxarıda qeyd etdiyim əsaslı və qərəzsiz ittahımın tərəfinizdən obyektiv araşdırılmasını və övlad qatili olan, Mirgəçevir şəhərində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin əməkdaşı Səfərəliyev Rəşid Xalid oğlunun öz tutduğu şərəfli vəzifəsindən azad edilməsini və törətdiyi cinayət əməlinin müqabilində cəzalandırılmasını təmin edəsiniz! Sizə öz minnətdarlığımı bildirirəm".

Yazıda adları çəkilən bütün tərəfləri dinləməyə hazırıq...





Paylaş:


Müəllif : Tarix:
22-07-2022, 08:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər