Şərur sakini dərdini KİMƏ DESİN? - ÖZBAŞINALIQ!
Şərur rayon Düdəngə kənd sakini Kazım Qurbanov mülkiyyət hüququnun pozulduğunu bildirir. Şikayətçinin sözlərinə görə, onun evinin darvazası və həyətinin hasarı məhkəmə qərarı olmadan sökülüb. Bu işə isə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şərur Rayon Şöbəsi rəhbərlik edib. Kazım Qurbanov "Gündəlik Naxçıvan"a bildirib ki, indi Torpaq İdarəsinin 4 il əvvəl ona verdiyi sənədi də ondan geri istəyirlər:
" 30 il əvvəl tikilmiş qanuni sənədli bu ev, bu həyət nənəmdən mənə qalıb. 4 il əvvəl Şərur Rayon Torpaq idarəsi evin və torpaq sahəsinin sənədini yenilədi. Mənə plan və reyestrdən çıxarış verdi. Bu ilin yanvar ayında mənə məktub yazıb, verdikləri sənədi geri verməyimi tələb etdilər. İmtina edib vermədim. Ağır texnika gətirib darvazamı, hasarımı uçurub “Kamaz”a yığb aparıb çölə tökdülər".
O deyir ki, baş verənlərlə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də dərdinə çarə tapılmayıb:
"İki dəfə Naxçıvan Ali Məclisinə şikayətə getmişəm, iki dəfə də teleqram vurmuşam. Bircə dəfə həyətə gəlib soruşublar ki, “Kazım kimdir?", demişəm mən. Çıxıb gediblər, heç bir tədbir də görülməyib. Əgər qanunsuzluq varsa versinlər məhkəməyə, məhkəmədə görüşək. Mən başa düşə bilmirəm ki, qanunsuzdursa 4 il əvvəl həmin idarə bu sənədləri mənə niyə verirdi, qanunsuz deyilsə, məndən niyə geri istəyir. Mətbuat vasitəsi ilə Ali Məclisin Sədri Cənab Vasif Talıbovdan kömək istəyirəm. Məni rahat yaşamağa qoymurlar".
Məsələyə münasibət öyrənmək üçün əlaqə saxladığımız Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şərur Rayon Şöbəsindən bu haqda danışmaq istəmədilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2022, 10:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər