reklam
Regionxeberlericom.az » Gündəm » Poker oyunçusu olan məşhur iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur - Fotofakt

reklam

Poker oyunçusu olan məşhur iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur - Fotofakt

















İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Az Varvara” MMC barəsində məhkəmə iddiası qaldırıb.
Məhkəmə iclasının 1 avqust tarixində saat 14:15-də Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçiriləcəyi bildirilir. 
Qeyd edilir ki, məhkəmə iddiası vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlıdır. 
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan “Az Varvara” MMC (VÖEN-1304553851) 2016-cıildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan şirkətin hüquqi ünvanı “Mingəçevir şəhəri, K.Hüseynov, ev 26A” ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Mənuçehr Əhədpur Xangahındır.
Hazırda dövlət büdcəsinə (21.07.2022-ci il tarixinə) 197 min 767 manat 44 qəpik vergi borcu olan “Az Varvara” MMC barəsində qaldırılan iddia məhkəmə tərəfindən qəbul olunarsa, o zaman Mənuçehr Əhədpur Xangahın Azərbaycandan çıxışına məhdudiyyət qoyulacaq.
Qeyd edək ki, Mənuçehr Əhədpur Xangah hazırda Yasamal rayon, Haqverdiyev ev 21 ünvanında yerləşən onlarla şirkətə rəhbərlik edir. Mənuçehr Əhədpur Xangahın adı uzun müddət mətbuatda fövqəlada hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə aid olan “Gilan” holdiqlə birgə çəkilib. 
Onu da bildirək ki, Mənuçehr Əhədpur Xangah eyni zamanda peşəkar “poker” oyunçusu kimi də tanınır. Bugünə kimi çoxsaylı poker oyunlarında qalib olub. 





Paylaş:


Müəllif : Tarix:
23-07-2022, 15:49
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər