reklam
Regionxeberlericom.az » Gündəm » Portuqaliya azərbaycanlı milyarderin vətəndaşlıq müraciətinə baxır

reklam

Portuqaliya azərbaycanlı milyarderin vətəndaşlıq müraciətinə baxır

















Portuqaliya iki rus oliqarxının vətəndaşlıq müraciətlərini təhlil edir.

Bu barədə “Reuters” agentliyi Portuqaliyanın Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, Lev Leviyev və Qod Nisanov qanunvericiliyə uyğun olaraq vətəndaşlıq üçün müraciət etdikləri məlum olan ən son rusiyalılardır.

Leviev və Nisanovun nümayəndələri şərh sorğusuna cavab verməyiblər.

Bildirilir ki, Rusiya vətəndaşı olan yəhudi milyarderlər XV əsrin sonunda ölkədən qovulmuş sefarad yəhudilərinin nəsillərinə yerli pasport almağa icazə verən qanun sayəsində respublika vətəndaşlığına müraciət edə biliblər.

Qeyd olunur ki, sanksiyalardan əziyyət çəkən rusiyalı milyarder Roman Abramoviçə də 2021-ci ilin aprelində eyni qanun əsasında vətəndaşlıq verilib, bu proses dövlət qurumunda davam edən araşdırmaya səbəb oldu və hökuməti qaydaları sərtləşdirməyə məcbur edib.

İki il əvvəl “Forbes”in açıqladığı məlumatlara əsasən sərvəti 1,2 milyard dollar olan rusiyalı iş adamı Andrey Rappoport da Portuqaliya pasportu alıb. Rappoport 2018-ci ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən Rusiya prezidenti Vladimir Putinə yaxın şəxs kimi müəyyən edilib.

Qeyd edək ki, Qod Nisanov Azərbaycanın Quba rayonunda anadan olub. Hazırda Rusiyada yaşayır.




Paylaş:


Müəllif : Tarix:
24-07-2022, 16:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər