Naxçıvanda torpağı əkməyinə də dəymir... - AXI NECƏ?
2012-ci ildə öz təsərrüfatımı genişləndirmək üçün 40 min manat kredit götürmək istədim. Mənə vəd olunan məbləğin cəmi 11 min manatı verildi. Pulun qalanını isə ya cins inəyə, ya “şapka”ya, ya da 1000 alma tinginə çıxdılar”. Ovqat.com-a bu barədə Naxçıvan MR Kəngərli rayonunun Xok kənd sakini Zeynalov Xaləddin Əli oğlu məlumat verib.
1-ci qrup əlil olan Xaləddin bəyin dediyinə görə, 40 min manatdan həmin dövrdə Naxçıvan MR İqtisadi İnkişaf naziri Famil Seyidova da pay düşüb. Özü də nə az, nə çox, tam 5 min manat: “5 min manat pulu Famil Seyidovun əlbuyruqçusu Şahtaxtılı Abbasağaya “şapka” kimi vermişəm. Çünki Naxçıvanda “şapkasız” kredit ala bilməzsiniz”.
“Şapka”nı da çıxdıqdan sonra fermerə nəğd şəkildə ödənməyən 24 min maatın 15 mini 1000 ədəd alma tinginə gedib. Qalan 9 min manat isə ona verilən 15 baş cins inəyin ilkin ödənişinə çıxılıb. İnəklərin ümumi qiyməti də az olmayıb – 40 min manat. Beləcə, fermer 31 min manat da inəklərdən borclu hala gətirilib.
Xaləddin bəyin dediyinə görə, özünün də 20 baş yerli inəyi olub. Beləcə, malı mala qatıb fermerlik etmək xəyalları quran Xaləddin bəyin bu arzuları “darı sovuşuna qədər” davam edib. 2013-cü ilin noyabr ayında o dövrün rayon icra başçısının göstərişi ilə tövləsi dağıdılıb. Bəhanə kimi isə tövlənin yola yaxın yerdə inşa olunması göstərilib. İnəklər soyuqdan tələf olmasınlar deyə, onların sovet illərindən qalan köhnə su hovuzunda saxlanılmasına izn verilib. Təsəvvür edin, Naxçıvan qışının soyuğu, malların saxlanılma yerinin beton olması və hər hava şəraitində yaşamağa öyrəşməyən cins inəklər. Bu şəraitə nəinki cins inəklər, fermerin heç yerli mal-qarası da soyuğa tab gətirməyib tələf olub.
Bütün çətinliklərə baxmayaraq, Xaləddin bəy dostdan-tanışdan borc alaraq 2017-ci ilə qədər həm götürdüyü 40 min manatlıq krediti, həm kreditin 24 min manatlıq faizini, həm də cins inəklər üçün nəzərdə tutulan 40 manatı ödəyib. Bir sözlə, Xaləddin bəyin fermerlik xülyası 104 min manata başa gəlib. Ona bu böyük məbləğdən isə cəmi 1000 ting alma ağacı qalıb.
1988-ci ildən taxılçılıqla məşğul olan Xaləddin ötən il 60 hektar sahəni əkib-becərib. Rayon icra hakimiyyətinin qəsdən su qıtlığı yaratmasına baxmayaraq, məhsuldarlığı da pis olmayıb. Amma bu il onun həmin əkin sahələrini əkib-becərməsinə imkan verilmir. İcra başçısı Kamal Ələkbərov ona yalnız 5 hektar əkin sahəsi ayıra biləcəyini deyib. Özü də qeyri-münbit torpaq sahəsindən. Fermerin bildirdiyinə görə, bu verimsiz torpağı becərmək bilə-bilə ora çəkiləcək xərci göyə sovurmaqdır. Onun indiyədək becərdiyi münbit əraziyə isə yeni göz dikənlər ortaya çıxıb. İcra başçısı deyib ki, bu əraziləri bir şəhid ailəsinə verəcək. Fermerin araşdırması nəticəsində isə məlum olub ki, həmin sahələr kənd icra nümayəndəsi Mübariz Əliyev Mütəllim oğluna verilib. Bir sözlə, həm rayon icra başçısı Kamal Ələkbərov, həm də onun Xok kəndinin “kəndxudası” Mübariz Əliyev şəhid ailəsi adından öz şəxsi mənfəətləri üçün yararlanır.
Xaləddin bəyin bundan əlavə 5 hektar yonca sahəsi də var. Keçən ilin avqustdan indiyədək bu sahəyə cəmi 2 dəfə 4 saat müddətində su verilib. Yonca sahəsi faktiki yanıb. “Həmin sahədən cəmi 200 ədəd preslik yonca biçə bilmişəm. Suyu açıram, məni polislə qorxudurlar. Polis əslində pis insan deyil, amma icra başçısının əmrini yetirməyə məcburdur. Məndən xahiş edir ki, nə edirsən et, amma suya dəymə. Özünü də, məni də qana salma”.
Xaləddin Zeynalovun himayəsində 3 tələbə qız uşağı var. Onlardan 2-si qardaşının, biri isə öz qızıdır. Təsəvvür edin, bir zamanlar böyük təsərrüfat qurmaq eşqi ilə yaşayan fermer hazırda o uşaqların təhsil haqlarını belə ödəyə bilmir. Bu gedişlə həmin tələbə qızlar da təhsil almaq hüququndan məhrum olacaqlar.
Bizə maraqlı gələn isə başqa məsələdir. Bir müddət əvvəl Naxçıvan “xanı” Vasif Talıbov kənd təsərrüfatı mütəxəssisləri ilə açıq havada keçirdiyi müşavirədə Muxtar Respublikada 9 min hektar taxıl sahəsinin becərilmədiyini bildirmişdi. “Ali rəhbər”in fikrində, 2022-ci ildə Naxçıvan şəhərində 16, Şərur rayonunda 1302, Babək rayonunda 728, Ordubad rayonunda 55, Culfa rayonunda 1949, Kəngərli rayonunda 3508, Şahbuz rayonunda 294, Sədərək rayonunda 421 hektar olmaqla, ümumilikdə 8273 hektar əkinəyararlı torpaqda əkin aparılmayıb: “Bunun da 4230 hektarı bələdiyyə, 1336 hektarı dövlət, 2707 hektarı isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti verilmiş tapşırıqların icrasını diqqətdə saxlamalı, görülən işlərin nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir”, - deyə cənab sədr bildirib.
Vasif Talıbovun bu etirafından da aydın olur ki, Muxtar Respublikada ən çox əkib-becərilməyən taxıl sahəsi Kəngərli rayonuna aiddir. Halbuki, bu rayon Muxtar Respublikanın ərazisinə görə ikinci ən kiçik inzibati ərazisidir. 1 qəsəbə, 10 kənddən ibarət olan rayonun cəmi 681,94 km2 ərazisi var. Halbuki, onun qonşuluğunda yerləşən Şərur 870 km2, Babək isə 760 km km2 əraziyə malikdir. Kəngərli rayonunda əkilməyən əkinəyararlı sahənin 2 qonşu rayonun toplamından az qala 1.5 dəfə çox olması və bu sahələrin fermerlərin ixtiyarına verilməməsi icra başçısının nadürüst fəaliyyətinin ən böyük göstəricisidir. Elədirsə, Kamal Ələkbərov hansı səbəbdən hələ də öz vəzifəsində saxlanılır?
Paylaş:
Müəllif : Fuad
Tarix:25-07-2022, 11:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər