Telman İsmayılov Russoya qarşı sui-qəsddə ittiham olunur
2006-cı ildə pop-müğənni Abraham Russoya qarşı sui-qəsd cəhdinin istintaqında mühüm hadisələr baş verib.
Rusiya İstintaq Komitəsi müğənninin birinci sponsoru, “Çerkizovski” bazarının keçmiş sahibi Telman İsmayılovu qiyabi ittiham edib.
İstintaq iş adamını cinayətin sifarişçisi hesab edir, cinayətkarlar isə keçmiş taksi sürücüsü Vitali Djura və daşınmaz əmlak agentliyinin rəhbəri Aleksey Tryasnikovdur.
Basmannı Məhkəməsi isə bu yaxınlarda A. Tryasnikovun həbs müddətini istintaqa qədər uzatmaqdan imtina edərək onu həbsdən azad edib. Məhkəmə qeyd edib ki, Tryasnikov artıq təqribən 15 aya yaxın istintaq təcridxanasında yatıb və istintaq həbs müddətinin uzadılması barədə vəsatətini əsaslandırmaq üçün heç bir sanballı dəlil gətirə bilməyib.
Mətbuat orrqanı bildirib ki, Abraham Russoya sui-qəsd cəhdi ilə bağlı istintaq artıq başa çatıb və tezliklə onun materialları məhkəməyə təqdim olunacaq.
Xatırladaq ki, Abraham Russoya qarşı sui-qəsd 2006-cı il avqustun 19-na keçən gecə törədilib. Müğənni konsertdən sonra evə qayıdarkən Burdenko küçəsində naməlum şəxslər ifaçının avtomobilinə AKS-74U avtomatından atəş açıb.
Qeyd edilib ki, Telman İsmayılov həm də Abraham Russo ilə bağlı başqa bir cinayət işinin - 2004-cü ildə müğənninin oğurlanması ilə bağlı işin sifarişçisidir. Bu iş üzrə təqsirləndirilənlərdən bəziləri artıq məhkum olunublar. Bundan əlavə, iş adamı Moskva vilayətində iki iş adamının qətlinin təşkilində ittiham olunur. Bu arada Rusiya tərəfinin bu ölkədə yaşayan və oradan siyasi sığınacaq almış Telman İsmayılovun ekstradisiyası üçün Monteneqroya müraciəti heç bir nəticə verməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-07-2022, 14:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər