“Azercell” 25-26 ildir ki, fəaliyyət göstərirsə, niyə işində problem olmalıdır?” - ETİRAZ
“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi inhisar və monopoliya yaratmaqla məşğuldur. Vətəndaşların şikayət və müraciətlərinə baxılmır”.
Bunu Meydan TV-yə Sumqayıt sakini İlkin Məmmədkərimov deyib.
O bildirib ki, dəfələrlə nazirliyə mobil operatorlar və internet provayderlərindən şikayət etsə də, heç bir nəticəsi olmayıb.
İlkin Məmmədkərimov deyir ki, yaşadıqları ərazi 2015-ci ildən “Azercell”in planındadır.
Şəbəkə ilə bağlı ərazidə yaranan problemlə bağlı müraciətinə isə hər dəfə şablon cavablar verilir.
Bununla bağlı dəfələrlə aidiyyatı üzrə müraciət etsə də, şikayətinə baxılmadığı üçün bu dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yazıb:
“Nazirliyiə müraciət edirəm, şikayətimi narazı olduğum şirkətə çatdırır. Sonra da şirkətin verdiyi cavabı mənə təqdim edirlər. Həm də deyirlər ki, biz mobil operatorların fəaliyyətinə qarışa bilmərik. “Azercell” 25-26 ildir ki, fəaliyyət göstərirsə, niyə işində problem olmalıdır?”
“Azərbaycan balaca bir ölkədir. Bu müddət ərzində normal bir şəbəkə qurmaq olardı. Ölkənin hər yerində xidmət bərbad vəziyyətdədir. Bakının və Sumqayıtın mərkəzi mikrorayonlarında mobil operator şəbəkəsinin normal tutmaması nə deməkdir? Bu operator illər ərzində nə işlə məşğul olub?”, – deyə o bildirib.
Vətəndaş mobil operatorlarla yanaşı, internet provayderlərinin işindən də narazılıq edir, hətta bu məsələ ilə bağlı da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət edib:
“İnsanlar bu sistemdən, inteternet sahəsindən qan ağlayır. Yerli bazara “Vodafone”, “Beeline”, “МТС” və digərlərini buraxmırlar. Bununla bağlı sorğu göndərmişəm ki, niyə Azərbaycan bazarında işləmək istəmirsiniz? Sorğuma cavab gəlib ki, 2013-2017-ci illərdə müraciət etmişdik. Lisenziya almaq üçün bizdən fantastik məbləğdə pul tələb etdilər”.
“Halbuki dünyanın heç bir ölkəsində bu qədər rüsum ödəmirik. Bu da ondan xəbər verir ki, günahkar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Çünki inhisarçılıq və monopoliyada maraqlıdır. Özünə məxsus internet və mobil operator sahəsində şirkətlər yaradır. Bu şirkətlər də at oynadır. Nəinki xarici şirkət, başqa bir yerli mobil operatorların fəaliyyət göstərməyinə imkan vermir”, – Məmmədkərimov belə deyir.
İqtisadçı, keçmiş deputat Nazim Bəydəmirli hesab edir ki, Azərbaycanda rəqəmsal iqtisadiyyat sahəsində ciddi problemlər var.
Onun fikrincə, problemlər inhisardan qaynaqlanır:
“İnternetdən mən də şikayətçiyəm. “Sosial-iqtisadi inkişafı dövlət proqramı”nda qeyd olunub ki, ölkədə fiber-optik kabel çəkilməmiş heç bir kənd-qəsəbə qalmayacaq. Hazırda Şınıxdayam. Buradakı ATS sovetlər dönəmindən qalmadır. İnternet olmadığı üçün “Azercell”dən 50 GB internet paketini 30 manata alırıq. Bütün bunların kökündə duran səbəb təbii ki, inhisarçılıq dayanır”.
2006-cı ildən müzakirə edilən “Rəqabət Məcəlləsi” layihəsi hazırdır.
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb. Layihə 2023-cü ildə qəbul ediləcək.
Hazırlanan layihə rəqabət orqanı və onun statusunu, rəqabət sahəsində bazar subyektlərinin hüquq və vəzifələrini, rəqabəti məhdudlaşdıran saziş və hərəkətləri, həmçinin bazar paylarının coğrafi bölgüsü üçün meyarları müəyyən edir.
Nazim Baydəmirli deyir ki, “Rəqabət Məcəlləsi” layihəsinin qəbulu inhisarçılıq və monopoliyanı aradan qaldırmayacaq:
“İnternetin baha olmasının kökündə duran səbəb Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yarıtmaz siyasəti və internetin bir əldə olmasıdır. Azərbaycanda Rəqabət Məcəlləsinin olub-olmaması məmur sahibkarlığına ciddi təsiri yoxdur. Çünki bu sektorlara rəhbərlik edənlər vəzifəyə təyinatı traybalizmlə edir. Yəni öz qohumunu, dostunu tanışını işə götürür. Məmur vəzifəyə gələndə, vəzifəsinə qazanc mənbəyi, fürsət kimi baxır və öz ətrafını dövlət büdcəsi hesabına varlandırmaq istəyir”.
Ekspert bildirir ki, Azərbaycanda qanunlar yalnız sənəd üzərində qalır:
“Bizdə kağız üzərində olan qanunlar əslində normaldır. Cinayət Məcəlləsində rəqabət mühitini pisləşdirən maddə də var. Amma kimi cinayət məsuliyyətinə cəlb edirlər? Yüz milyonlarla dövlət vəsaitini mənimsəmiş şəxs iki ildən sonra əfv olunub, azadlığa buraxılır. Buradakı ciddi problemlər idarəçiliklə bağlıdır. Belə davam etdikcə də, vətəndaşlar qiymətlərin bahalığından, keyfiyyətin isə aşağı olmasından şikayətlənəcək”.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məsələ ilə bağlı Meydan TV-nin sorğusunu cavabsız buraxıb.
“Azercell”in mətbuat xidmətindən isə bildirilib ki, İlkin Məmmədkərimov müraciətinə baxılacaq.
“Vətəndaş bundan öncə də bizə müxtəlif kanallar vasitəsilə müraciət edib. Onun ərizəsinə, həqiqətən də baxılıb və rəsmən təqdim olunan cavab da həqiqəti əks etdirir. Vətəndaşın ərizəsi texniki şöbənin diqqət mərkəzindədir, şəbəkə planlamasında artıq nəzərə alınıb”, – qurumun cavabında deyilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-08-2022, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər