reklam
Regionxeberlericom.az » Gündəm » Nizami rayon Tibb Mərkəzinin direktoru Nurməmməd Yarıyev hesabat verməlidir…

reklam

Nizami rayon Tibb Mərkəzinin direktoru Nurməmməd Yarıyev hesabat verməlidir…



















Səhiyyə sistemindəki  İKİTİRƏLİK  ciddi böhran yaradacaq…

“Revizor”  doğum evinə necə nəzarət edəcək..? 

Məlumat üçün qeyd edək ki,  uzun illər Azərbaycanda  səhiyyə müəssisələri əsasən  Səhiyyə Nazirliyinin tabeçiliyində  olub. 

Bir neçə il öncə İcbari Tibbi Sığorta Dövlət Agentliyi, sonra onun tabeçiliyində Tibbi Ərazi  Bölmələrini İdarəetmə Birliyi ( TƏBİB ) yaradıldı. Daha sonra  rayonlarda  Tibb Mərkəzləri yaradıldı. 

El arasında “ikitirəlik”  deyilən bir ifadə var, deyərdilər ki,  araya ikitirəlik salmayın, nəticəsi pis olar.

Vallah  binəva, çarəsiz  vətəndaşlar qalıblar Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Dövlət Agentliyi və TƏBİB-in arasında. Ömürlük xəstələr, əlillik almaq istəyənlər, dövlətdən pulsuz  dərman almağa hüququ olanlar qalıblar bu qurumların arasında. 

Nə isə, əsas mövzudan yayınmayaq. 

Bəli, kiminsə təkilfi ilə  Bakıda və rayonlarda  Tibb Mərkəzləri yaradıldı və TƏBİB-ə tabe edildi. 

Cənablar, Əli İnsanov, yaxud sabiq nazir  Oqtay Şirəliyev yarıtmaz kadr ola bilər ee,  bunun qosqoca nazirliyə nə dəxli var..? 

Uşağı  vannada  yuyub təmizləyəndə uşağı çirkablı  su ilə bərabər tullamırlar ee… 

Nazirliyi  bir neçə yerə parçalamağın, arada paralellik, həm də ikitirəlik yaratmağın  nə mənası var..? 

Təsəvvür edirsiniz,  Bakının Nizami rayonunda N qədər tibbi müəssisə var. 

Gəlin siyahıya nəzər salaq: 

1 №-li Uşaq xəstəxanası

19 №-li Uşaq poliklinikası

17№-li Uşaq poliklinikası 

7 №-li Doğum evi

7№-li Doğum evinin nəzdindəki 8 №-li qadın məsləhətxanası

4 №-li Uşaq stomotoloji poliklinikası

26 №-li Şəhər poliklinikası

18 №-li Birləşmiş Şəhər Xəstəxanası

11 №-li Birləşmiş şəhər xəstəxanası

32 №-li Birləşmiş şəhər xəstəxanası

2 №-li Dəri-zöhrəvi dispanseri

4 № li Vərəm Əleyhinə Dispanser

Azərbaycan Sutikinti xəstəxanası

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 6 saylı Bölməsi

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi

7 saylı Nizami rayon Tibbi Sosial Ekspert Komissiyası

Azərbaycan Dəmiryol idarəsinin sanitar epidemioloji stansiyası

Tibbi-Məhkəmə Ekspertiza şöbəsi

Bakı şəhər tibbi-bədən tərbiyəsi dispanseri

Əsas mövzudan yayınmadan  bir məsələyə diqqət ayıraq. 

Nizami RİH-nin rəsmi saytından götürdüyümüz bu siyahıda  Respublika  Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru kimi Abdullayev İmran Həmid oğlu ( telefon- 012-421-63-41) göstərilib. 

Vallahi, bunlar ya fil qulağında yatıblar, ya da başları başqa işlərə qarışıb.

Məsələni aydınlaşdırmaq üçün 012-421-63-41 telefonu ilə əlaqə saxlayırıq. Telefonu  qaldıran kişi  deyir ki, İmran müəllim çoxdan vəzifəsindən gedib. Bizim “Bəs yeni  direktor kimdir?”  sualımıza  qarşı tərəf cavab vermək istəmir, nəhayət çək-çevirdən sonra “Sara xanımdır”  deyir. Və  bu səhvə görə, Nizami RİH-ni ittiham edir. 

Nə isə…gördüyünüz bu uzun siyahıdakı tibbi müəssilərinin xeylisini birləşdirib Nizami rayon Tibb Mərkəzi yaratdılar və  Nurməmməd  Yarıyevi  Tibbi Mərkəzə direktor təyin etdilər. 

Məlumat üçün bildirək ki, Nurməmməd Yarıyev uzun illər Bakı Şəhər Səhiyyə İdarəsində müfəttiş-revizor işləyib və yoxlamalardan yaxşıca qazanıb. Sonra isə Nizami rayonundakı 11 saylı Birləşmiş şəhər xəstəxanasının Baş həkimi olub. 

Bəli, bir müddət əvvəl 11 saylı Birləşmiş şəhər xəstəxanasının bazasında  Nizami rayon Tibb Mərkəzi yaradıldı. 

Amma bir soruşan olmadı ki, keçmiş revizor Nurməmməd doğum evinə necə rəhbərlik edəcək..? 

Media üzərindən apardığımız araşdırma  zamanı bəlli oldu ki, bu şəxsin barəsində nə qədər  şikayətlər var. 

Təsəvvür edirsiniz  ağır şəkər xəstəsi deyir ki, neçə ildir əlillik ala bilmirəm, Nurməmməd  “şirinlik” istəyir. 

Görəsən TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov  bilmir ki, Nurməmməd Yarıyev kimisinə belə bir məsuliyyətli vəzifəni tapşırmaq olmaz ?

Bütün bunları bir kənara qoyaq və…

Axı, son illərdə səhiyyənin inkişafı, texniki bazanın müasir tələblərə cavab verməsi üçün cənab Prezident İlham Əliyev böyük məbləğdə dövlət vəsaiti ayırıb.

İndi Nurməmməd Yarıyev kimilərdən soruşmaq lazımdır ki, o pullar hara və necə xərclənib..?

Bunun hesabatını vermək lazımdır. 

Sonda onu qeyd edək ki, islahat-filan adı ilə cəmiyyəti aldatmayın. 

Tibb Mərkəzlərinin yaradılması  pulun bir əldə cəmləşməsidir. Vəssəlam.(Gündəlik-Bakı)




Paylaş:


Müəllif : Tarix:
4-08-2022, 10:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər