reklam
Regionxeberlericom.az » Gündəm » Beyləqan mərkəzi xəstəxanasından yanacaq oğurlayan şəxslər saxlanılıb – Nurəngiz Bəşirova həbs oluna bilər… -VİDEO

reklam

Beyləqan mərkəzi xəstəxanasından yanacaq oğurlayan şəxslər saxlanılıb – Nurəngiz Bəşirova həbs oluna bilər… -VİDEO







Bu günlərdə Beyləqan Rayon Mərkəzi Xəstəxanasında direktor Nürəngiz Bəşirovanın keçmiş və hazırki qanunsuz əməlləri, xəstəxanada “daxili mühafizə xidməti” adı altında formalaşdırdığı qoçu dəstəsinin pasientləri incitməsi, Vətən müharibəsi dövründə əraziyə gələn xüsusi xidmət orqanları əməkdaşlarını öz evində qonaq saxlayıb, qulluq göstərdiyinə görə öyünməsi, qovulduğu Xocavənd xəstəxanasında işləyəndə sürdüyü maşını Beyləqan səhiyyəsinə transfer olunandan sonra qat-qat bahalısına dəyişdiyi və rəvac verdiyi digər qanunsuzluqlar barədə RealMedia.az saytında əvvəllər dərc olunmuş tənqidi yazıların təsdiqi kimi xidmət edən hadisə baş vermişdir.

Bu günlərdə isə RealMedia.az saytına daxil olan məlumatda qeyd olunur ki, Beyləqan polisi daxil olan məlumat əsasında keçirdiyi əməliyyatla xəstəxanadan xəlvət yanacaq satan oğruları cinayət başında yaxalayıb. Bildirilir ki, azı 8 nəfərin saxlanıldığı fakt üzrə cinayət işi başlanılıb. Həmçinin sızan informasiyaya görə, prokurorluqda ifadə verən təcili yardım xidmətinin sürücüləri direktor Nurəngiz Bəşirovanın onlara sığorta pulunu, əlavə xərcləri vermədiyinə görə ehtiyac üzündən bunu etmək məcburiyyətində qaldıqlarını bildiriblər.

Etibarlı mənbədən verilən məlumata görə, məlum yanacaq oğurluğu hadisəsindən ciddi surətdə narahat olan N.Bəşirova “sudan duru çıxmaq” üçün çabalar göstərir və artıq havadarlarına ağız açaraq onlardan kömək umub.

İnanmaq istəyirik ki, Azərbaycan dövləti, onun baş prokurorluğu N.Bəşirovanın havadarlarının mümkün təzyiqinə duruş gətirmək gücündədir.

Mövzuya qayıdacağıq. //realmedia.az//




Paylaş:


Müəllif : Tarix:
4-08-2022, 11:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər