Qazi: "Nə işə girə bilirəm, nə də əlilliyimi verirlər" - Fotolar + Açıqlama
“Əlilliyim ilə bağlı mənə yararsız veriblər. Hər şeydən məhrum ediblər məni. Dəli kimi məni dəlxanaya göndərirlər. Əlilliyimi də vermirlər, iş də vermirlər”.
Bu sözləri açıqlamasında Vətən müharibəsi qazisi, Lənkəran şəhər sakini Bədəlzadə Murad Elşən oğlu deyib.
Qazi bildirib ki, ona verilən sənədlə iş tapa bilmir:
“Əlilliyim ilə bağlı mənə yararsız veriblər. Hər şeydən məhrum ediblər məni. Dəli kimi məni dəlxanaya göndərirlər. Əlilliyimi də vermirlər, iş də vermirlər. Məndə olan kağızlarla əlillik alan var, amma mənə vermirlər. Bir dəfə imtina verdilər. Mən Lənkəran şəhərində yaşayıram. Adi marketlər belə bu kağıza görə işə götürmür. Nə işə girə bilirəm, nə də əlilliyimi verirlər. Müalicəm yarıda qalır. YAŞAT Fondu müalicəmi yarıda saxlayıb. Hər ay dərmanlarımı dəlixanadan alıram. YAŞAT Fondu məni Bakıda müalicə edirdi. 6 kurs müalicə edildim, sonra dedilər ki, yaralanma kağızının vaxtı qutarıb. Deyirəm gedim təzədən yaralanım? Deyirlər yox, əlilliyini alarsan sonra. Əlilliyimi də belə vermirlər.”
Mövzu ilə bağlı YAŞAT Fondunun mətbuat xidmətinin katibi Elnur Niftəliyev Yeniavaz.com-a açıqlamasında bildirib ki, qazinin əlliyinə imtina verildiyindən Fondun subyekti hesab edilmir:
“Murad Bədəlzadə Elşən oğlunun əlilliyinə imtina verildiyindən Fondun subyekti hesab edilmir. YAŞAT Fondu tərəfindən dəstək tədbirlərinin həyata keçirilməsi hüququna malik olan şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular və şəhid olmuş şəxslərin ailələrinin üzvləri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşları və ya həlak olmuş əməkdaşların ailə üzvləridir.
2021-ci ildə qazilərimizin müraciətlərinə baxılan zaman əlillik dərəcəsinin təyin edilməsinin yekunlaşmaması nəzərə alınaraq yaralanma faktını təsdiq edən sənəd əsasında onlara dəstək göstərilirdi. Belə ki, sözügedən sənəd əsasında Murad Bədəlzadə Elşən oğlunun müalicə və psixoloji dəstək xərclərinin qarşılanması istiqaməti üzrə 7 müraciəti Fond tərəfindən təmin edilib.
Onun "Med Era" Hospital MMC-dəki 476.72 AZN dəyərindəki tibbi xərci qarşılanıb və 487.09 AZN dəyərindəki dərman vasitələri ilə təmin edilib.
Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər bütün ölkə ərazisində ödənişsiz təşkil olunduğundan o, müalicəsi ilə əlaqədar yaşadığı ərazi üzrə dövlət tibb müəssisələrinə (İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Çağrı Mərkəzi-1542) müraciət edə bilər”.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov isə Yeniavaz.com-a verdiyi açıqlamada qazinin əyani formada müayinə olunduğunu və əlilliyə əsas verən əlamətlərin olmadığını bildirib:
“Bədəlzadə Murad Elşən oğlu Əlilliyinin qiymətləndirilməsi məqsədilə 11.04.2022-ci il tarixində Dövlət Tibbi Sosial Ekspertiza və Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinəyə edilib.
M.Bədəlzadənin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyə əsas verən əlamətlərin olmadığı müəyyən edilib.
Bu baxımdan, qanunvericiliyə uyğun olaraq ona imtina qərarı verilib.
Hazırda vətəndaşla bağlı yeni göndəriş rəsmiləşdirilməyib.
Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməli və aidiyyatı qurumlar tərəfindən təqdim olunan müvafiq sənədlərini poliklinika e-sistemə göndərməlidir ki,əlilliyinin qiymətləndirilməsi aparıla bilsin”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-08-2022, 17:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər