reklam
Regionxeberlericom.az » Gündəm » İlkin Süleymanov azadlığa buraxılır? - Qardaşı danışdı

reklam

İlkin Süleymanov azadlığa buraxılır? - Qardaşı danışdı


"Mən də sosial şəbəkələrdə avqust ayının 24də onun azad ediləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları oxumuşam. Biz onun nə dərəcə dəqiq olduğunu bilmirik amma ümid edirik elə də olar".

Bu fikirləri Publika.az-a İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib.

"Ümid edirik ki, ayın 24- ü prokurorluq tərəfindən bu ittiham geri çəkilər. Bu ola bilər. Amma dəqiq məlumatımız yoxdur. Bilirsiz islahatlar gedir. Mən inanıram ki, islahatlar nətisində bu cinayət işində saxtakarlıq edən şəxslər ifşa olunacaq və onların həbs olunacağına inanıram. Bu cinayət işi özü saxtadır. Bu gündə İlkin haqqında yalan məlumatlar verirlər."- deyə A.Süleymanov bildirib.

Məlumat üçün qeyd edək ki, Tovuz rayon Dindar Quşçu kənd sakini İlkin Süleymanov həmkəndlisi, 2009-cu il təvəllüdlü Nərmin Quliyevanı oğurlayıb qətlə yetirməkdə, cəsədini isə yandırmaqda ittiham edilir. İ.Süleymanova qarşı CM-in 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham irəli sürülüb.




Paylaş:


Müəllif : Tarix:
6-08-2022, 13:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər