reklam
Regionxeberlericom.az » Gündəm » Ən çox şikayət olunan qurum gömrük orqanlarıdır - Ekspert danışır

reklam

Ən çox şikayət olunan qurum gömrük orqanlarıdır - Ekspert danışır


“Azərbaycanda müstəqillikdən bəri ən çox şikayət olunan orqanlardan biri, bəlkə də ən birincisi, gömrük orqanları olub. Onların fəaliyyəti bu orqanın fəlsəfəsinə uyğun deyil”.

Regionxeberlericom.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Azərbaycandakı bahalığın yaranma səbəblərindən biri də məhz rüsumların yüksək olması və gömrük orqanlarıdır:

“Obyektivlik naminə demək lazımdır ki, bəzi şikayətlər gömrük orqanlarının birbaşa fəaliyyətilə, oradakı korrupsiya, inhisarçılıq faktları ilə bağlı olsa da, bəzi məsələlər gömrük orqanlarından asılı deyil. Yəni, qanunvericilik və gömrük rüsumları ilə bağlı qaydalar Azərbaycanda həddindən artıq qarışıqdır, heç bir məntiqə uyğun deyil. Ona görə də gömrük xidmətində köklü islahatlara ehtiyac var. Həm gömrük qanunvericiliyi, həm rüsumlar haqqında qanun, həm də gömrük strurkturunun fəlsəfəsi dəyişməlidir. Tək struktur dəyişiklikləri ilə iş tamamlanmır. Bundan sonra Gömrük Komitəsinin ayrıca bir qurum kimi qalmasına da ehtiyac yoxdur. Hansısa bir nazirliyin tərkibində, ya Maliyə, ya da İqtisadiyat Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərməsi daha məntiqli olar. Bu baş verərsə və qanunvericilikdə dəyişikliklər olarsa, bu zaman gömrüklə bağlı şikayətlərin xeyli azalmasının şahidi ola bilərik”.




Paylaş:


Müəllif : Tarix:
10-08-2022, 16:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər