Nazirlikdən aqrar sektora plansız dəstək: - Nəyə nail olunacaq?
Kənd Təsərrüfatı Nazirliyində nazir müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib.
İclasda kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardımın verilməsi və barama istehsalçılarına emal müəssisələrinə təhvil verdikləri yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat məbləğində subsidiyanın verilməsi ilə bağlı Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.
Respublika Komisiyası 28 rayon (şəhər) üzrə 105246 istehsalçıya 306261,11 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 21112973,1 manat məbləğində və bundan əlavə, 29 rayon (şəhər) üzrə 3443 barama istehsalçısına barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri 406898,45 kiloqram yaş baramanın (əyrilən və karapaçax barama istisna olmaqla) hər kiloqramına görə 5 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına ümumilikdə 2 milyon 34 min 492 manat 25 qəpik məbləğində subsidiya ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti Dövlət Aqrar İnkişaf Mərkəzlərinə göndərilib.
Ayrılan məbləğə baxdıqda bu tədbirləri vətəndaşları, fermerləri stimullaşdırmaq üçün ciddi hesab etmək olmaz. Kənd Təsərrüfatı Nazirliyi real məbləğ təklif etməli və bazarda ucuzluq yaratmaq üçün stimullaşmanı artırmalıdır. Təəssüf ki, yenə də köhnə qaydalar davam edir. Ekspertlər gəlirliyi az olduğundan pambığı valyuta potensiallı ixracat məhsulu hesab etmir. Ümumiyyətlə, pambıqçılığın strateji bir sahə kimi qeyd edilməsi hər zaman müzakirə mövzusu olub. Müstəqil ekspertlər yerli mahlıcın, hətta region səviyyəsində belə, rəqabətə malik olmadığı qənaətindədir. Pambıqçılıqda dünya üzrə ilk 25-liyə daxil olan ölkələrdə istehsal 500 min tondan yuxarıdır. Azərbaycanda isə hədəf 300 min ton olsa da, hələ buna nail ola bilməyib.
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, kənd təsərrüfatını dirçəltmək üçün həyata keçirilməsi nəzərdə tutulan proqram əvvəlcədən işlənməlidir: “İlkin olaraq hansısa sahələr prioritet götürülməli, hədəf qrupları yaradılmalıdır. Bu proqramların həyata keçirilməsi layihələndirilən zaman nəzərdə tutulan bölgənin fermerlərinin, həm də bu istiqamətdə çalışan müstəqil vətəndaş cəmiyyəti üzvlərinin rəyi nəzərə alınmalıdır. Məbləğ, istiqamət, tədqiqat, sorğu, rəy ortada olduqdan sonra nazirlikdə çalışan mütəxəssislər hökumətdən bu layihələrə uyğun da maliyyə vəsaiti istəməlidir. 28 rayona 2 milyon manat vəsaitin ayrılması demək olar ki, heç nədir. Bu, kənd təsərrüfatı üçün heç bir fayda verməz. Kiməsə 40-50 manat ödəməklə, yaxud kiməsə 200-300 kilo toxum verməklə kənd təsərrüfatını dirçəldə bilmərik. Bu gün Azərbaycan hökuməti kənd təsərrüfatının inkişaf etdirilməsi üçün əsaslı proqram hazırlamalıdır. Büdcədən bu proqrama uyğun da vəsait alınmalıdır. Əvvəllər büdcədən dövlət investisiya yatırımları daha çox tikinti sektoruna ayrılırdı, indi tək tikinti sektoruna yox, müxtəlif sahələrə də ayırmalar var”.
Ekspert hesab edir ki, kənd təsərrüfatını dirçəltmək üçün büdcədə olan vəsaitin ən azı 70-80 faizi bu sektora yönəldilməlidir: “Kənd təsərrüfatı spesifik sahədir, buraya milyardlar xərcləyib heç nə əldə etməyə bilərsən. Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün potensial var. Dünya təcrübəsindən keçmiş layihələr yerli şəraitə uyğunlaşdırılmış formada həyata keçirilərsə, bu potensial daha da artar. Ölkənin həmçinin kifayət qədər geniş işçi qüvvəsi, torpaq resursları, iqlim şəraiti var. Sadəcə olaraq bu potensiallı reallaşdıran layihələr həyata keçirilməlidir. Fermerə dəstək necə gəldi yox, layihə çərçivəsində düşünülmüş formada olmalıdır. Əks halda ayrılan vəsait havaya sovurulmuş olur. Ayrılan vəsait o qədər azdır ki, onun kənd təsərrüfatında hər hansı dirçəlişə səbəb olacağına inanmıram”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-07-2019, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-07-2019, 09:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39