"Tərtər qətliamı o zaman tam ifşa olunacaq ki, xalq olaraq nə baş verdiyini anlayaq"
“Bir hərbçimizin danışdıqlarından: “Tərtərdə işgəncələr zamanı yalnız onu düşünürdüm ki, görəsən, kimsə gəlib bu dəhşətli cəhənnəm əzabına son qoyacaq?
Hər dəfə hansısa yüksək vəzifəli dövlət nümayəndəsi gələndən sonra isə işgəncələr daha amansızlıqla davam etdirilirdi””.
Bunu Azərbaycan təhlükəsizlik orqanının əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı, təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bildirib.
“Başqa birisi deyirdi: “Hərdən ağlıma gəlirdi ki, yəqin nəyisə anlamıram, ermənilərin əlinə düşmüşük və bizə qarşı bu vəhşilikləri törədən onlardır”.
Üçüncü deyirdi: “Həmin anda bircə istəyim vardı ki, tez öldürsünlər, canım qurtarsın bu əzablardan”.
Tərtər qətliamının araşdırılması getmir, çünki dövlət həmin qətliamı törətmiş xain cinayətkar çətənin əlindədir. Tərtər qətliamı o zaman tam ifşa olunacaq ki, xalq olaraq nə baş verdiyini anlayaq.
Bunun üçün isə anlamaq, istəmək lazımdır.
Məsələn, mənim üçün həmin cinayətə açıq və ya qapalı şəkildə bəraət qazandırmağa çalışanların hamısının onu törədənlərdən heç bir fərqi yoxdur. İstisnasız olaraq heç birinin”, - Ə. Oruclu qeyd edib.
Xatırladaq ki, 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, bir qrup hərbçinin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildiriblər.
Həmin tarixdən etibarən mətbuatda “Tərtər hadisələri” kimi təqdim olunan sözügedən istintaq prosesi ilə bağlı, işgəncə, zorakılıq və ölüm iddiaları səsləndirilir.
18 dekabr 2021-ci ildə isə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri yeni bir açıqlama verərək, “Tərtər işi”nin yenidən araşdırılması üçün istintaq qrupunun yaradılması ilə bağlı məlumat yayıblar.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-08-2022, 14:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər