Naxçıvanda yeni açılan istehsal müəssisəsi müzakirələrə səbəb oldu - Fotolar
Naxçıvan şəhərində “Saf metal” MMC adı ilə yeni fəaliyyət göstərən müəsissədə inşaat və kənd təsərrüfatında istifadə olunan əl arabalarının istehsalı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bir sıra sosial şəbəkə istifadiçisi məsələ ilə bağlı tənqidi fikirlər səsləndirib.
İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabındakı paylaşımda araba istehsalı ilə bağlı bunları qeyd edib:
“Səhəri vətəndən xoş xəbərlə açdım: Naxçıvanda “innovativ” yeni istehsal yaradılıb! İnanmırsınız?! “Saf Metal” şirkəti tikintidə, ev təsərrüfatında istifadə üçün əl arabalarının istehsalına başlayıb. Bunun üçün şirkətə 56 min 500 manat dövlət dəstəyi göstərilib, 10 nəfər işlə təmin edilib (yəqin ki, bu 10 nəfərin biri müdirdir, çox güman, iki müavini, bir katibəsi də var).
Əl arabalarını insan övladı min illər öncə istehsal etməyə başlayıb.
Fotolarda 3 min il əvvəl istehsal olunmuş və Naxçıvanda istehsal olunacaq arabaları görürsünüz - məncə, qədim insanlar daha zövqlü idilər”, - ekspert bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-08-2022, 15:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər