reklam
Regionxeberlericom.az » Gündəm » Vahid Ələkəbrəov "Yelo Bank"dakı payını satdı - Yeni rəhbər Azərbaycan vətəndaşıdır...

reklam

Vahid Ələkəbrəov "Yelo Bank"dakı payını satdı - Yeni rəhbər Azərbaycan vətəndaşıdır...











"Yelo Bank"ASC-nin nizamnamə kapitalındakı iştirak paylarında dəyişiklik baş verib. Bankdan Marja-ya daxil olmuş məlumata görə, "Yelo Bank"ın Müşahidə Şurasının sədri Marina Kulişova “Topaz Investments Limited” MMC-nin səhmlərini alaraq Bankdakı mövcud payını artırıb.

Nəticədə Marina Kulişovanın səhm payı 98.91%-ə çatıb. Bununla yanaşı, "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov da artıq səhmdarlar sırasında yer alıb (0.99%). İsgəndər Xəlilovun səhm payı isə dəyişilməz olaraq qalır (0,10%).

Dəyişikliyədək Bankın səhmdarları “Topaz İnvestments Limited” QSC (95.68%), Marina Kulişova (4.22%) və “İSR Holdinq” MMC (0.10%) idi.“Topaz İnvestment Limited” MMC milyader Vahid Ələkbərov nəzarət edirdi.

Marina Kulişova 2016-cı ildən Yelo Bankın Müşahidə Şurasının sədridir, həm də “Topaz Investments”in direktorudur. Bankın daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması və rebrendinq prosesi onun dəstəyi və rəhbərliyi ilə həyata keçirilib.

“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov Marina Kulişovanın səhm payının artırılmasının hələ 2019-cu ildə qəbul edilmiş transformasiya strategiyasının növbəti məntiqi addımı olduğunu qeyd edib: "2016-cı ildən etibarən “Yelo Bank”-ın səhmdarı kimi Marina xanımın bankın fəaliyyətində xüsusi iştirakı və mühüm rolu olub. O, öz uğurlu korporativ idarəçilik təcrübəsini gətirməklə yanaşı, Bankın kapitalının artırılmasında iştirak edib və dəstəyini göstərib. Bununla da Bankın transformasiya mərhələsindən uğurla keçməsinə öz töhfəsini verib. Onun rəhbərliyi ilə 2021-ci ildən başlatdığımız 3 illik strategiya planımızın hədəflərini bütün göstəricilər üzrə üstələməyi bacarmışıq. Bankın gələcəyi ilə bağlı gözləntilərimiz də olduqca optimistikdir. Səhmdarlar və rəhbərliklə birgə növbəti illərdə Yelo Bank-ın lider bankların arasında öz güclü mövqeyini qorumasını hədəfləmişik. Bankımız real sektora, xüsusən də regionlarda kiçik və orta sahibkarlığa maliyyə dəstəyini gücləndirməyə və ölkə iqtisadiyyatının inkişafına töhfə verməyə davam edəcək."

Marina Kulişova da eyni zamanda bildirib ki, "Yelo Bank" Azərbaycanın bank sektorunda uğurlu rebrendinq strategiyasına görə parlaq nümunədir. Onun fikrincə, Bank bu illər ərzində güclü idarə tərkibi və peşəkar komandasının sayəsində uzun və səmərəli yol qət edib. Xanım Kulişova Bankın gələcəkdə də müxtəlif sahələrdə uğurlu layihələrinin davam etdiriləcəyini vurğulayıb.

Azərbaycan Respublikasının vətəndaşı olan Marina Kulişova Bakı şəhərində anadan olub. Ali təhsilini Qərb Universitetində (indiki Qərbi Kaspi Universiteti) tamamlayıb. İngiltərənin Nottinqem Trent Universitetində bakalavr və magistr dərəcələrinə yiyələnib. 20 ildən artıq investisiyaların idarəedilməsi, strateji inkişaf və konsaltinq xidmətləri sahəsində geniş təcrübəyə malik olan Marina xanım Avropa Birliyi, Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq investisiya idarəetmə şirkətlərinin təsisçisi, eyni zamanda səhmdarıdır.




Paylaş:


Müəllif : Tarix:
12-08-2022, 18:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər