Bir qrup alim prezidentə şikayət etdi: “Bizə kömək edin!”
Azərbaycanda bir qrup alim mənzil problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Müəlliflər dəfələrlə qaldırılan bu problemin hələ də öz həllini tapmadığını bildiriblər. Alimlər 2016-cı ildə Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi 12-də yerləşən AMEA-nın Aspirantlar yataqxanası sakinləri AMEA prezidenti və onun ətrafındakı məmurlar tərəfindən mənzil almaq hüquqlarının pozulduqlarını, layihəni AMEA və Sipark (“Evro Stroy-S” MMC) inşaat tərəfindən öz mənfəət bazalarına çevirdiklərini qeyd ediblər.
“Bu gün də bu qanunsuz əməllər davam edir. Sipark inşaatla AMEA bizə ayrılan mənzilləri sataraq bizi evsiz qoyublar. Müraciət ünvanlanandan bu günə kimi bizim problemimiz öz həllini tapmamış, təəssüflər olsun ki, səsimizi də Sizə onların havadarlarının hesabına çatdıra bilməmişik.
Biz sakinlər bu yataqxanaya qanuni yollarla gəlmişik, vaxtı ilə AMEA əməkdaşı olmuşuq və bu gün də AMEA əməkdaşlarıyıq, amma AMEA rəhbərliyi və Sipark inşaat əlbirliyi ilə bütün qanunları pozaraq bizim mənzillərimizi mənimsəyərək Sizin verdiyiniz göstərişı həyata keçirməyərək, bizləri Dövlətdən narazı salaraq Sizin idarə etmə imicinizə ziyan vururlar”.
Müraciətdə bildirilib ki, AMEA yataqxanasında yaşayan 118 ailənin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi-12 ünvanında yerləşən “Aspirantlar yataqxanası”na aid ərazidə 4 bloklu yeni yaşayış evi tikilib.
Amma AMEA ilə (indiki Sipark) “Evrostroy-S” MMC arasındakı razılaşmada tikilən yeni binada yataqxana sakinlərinin mənzillə təmin olunmaları əsas şərt olsa da, həmin 118 ailə bu günə qədər yeni mənzillərini gözləməkdədirlər, bu vaxta qədər həmin mənzillərin əsil sahiblərinə verilməsi ləngidilir.
“Məsələnin həlli ilə əlaqədar sakinlər müxtəlif instansiyaların qapılarını döymələrinə baxmayaraq heç bir nəticə yoxdur.
Cənab Prezident, sizdən xahiş edirik, xoş niyyətlə verdiyiniz göstərişin icrasının tamamlanmasına, sakinlərin yuxarıda göstərilən probleminin həll edilməsinə, sakinlərin haqlı narazılıqlarına son qoyulmasına kömək edəsiniz.
Hazırda tikinti şirkəti (Sipark) “Evrostroy-S” MMC və AMEA bina sakinlərinin razılığını alıb rəsmi instansiyalardan keçərək tikinti işlərini başlatdıqdan sonra yuxarıda gostərilən şərtlərdən boyun qaçırmağa çalışır.
Yuxarıda göstərilən problemin meydana çıxmasının səbəblərindən biri də göstərilən müqaviləni o tarixdə imzalayan Elmlər Akademiyası Prezidenti mərhum Mahmud Kərimovun vaxtsız vəfatından sonra AMEA-ya akad. Akif Əlizadənin rəhbər təyin olunması ilə onun ətrafina, rəhbərliyə yeni şəxslərin gəlməsi və yeni maraqlı tərəfin yaranması ilə əlaqədardır.
Belə ki, yeni rəhbərlik Şərifzadə küçəsi, ev 12 ünvanında yerləşən aspirantlar yataqxanasının torpaq sahəsində aspirantlar yataqxanasında yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün yataqxana binası və ətrafındakı ərazidə yataqxana sakinləri üçün yeni bina tikilməsi barədəki qərara öz istəklərinə görə şərh qoyaraq, “binanın burada yaşayan AMEA əməkdaşları olan sakinlərin” mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə AMEA ilə (Sipark) “Evrostroy-S” MMC arasında podrat müqaviləsi bağlandığını iddia edir, sözü gedən imzalanmış müqaviləni tanımaq istəmədiklərini deyirlər. Eyni zamanda tikinti şirkətinə də təsir göstərərək onların öz öhdəliklərini yerinə yetirmələrinə mane olurlar və yataqxana sakinləri tərəfindən hər hansı iddianın irəli sürülməsinin mümkünsüz olduğunu deyirlər.
Cənab Prezident, Sizdən xahiş edirik, xoş niyyətlə verdiyiniz göstərişin icrasının tamamlanmasına, sakinlərin yuxarıda göstərilən probleminin həll edilməsinə, yataqxanan sakinlərin haqlı narazılıqlarına son qoyulmasına kömək edəsiniz”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-07-2019, 13:37
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-07-2019, 13:37
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39