Prezident kreditlərlə bağlı fərman imzaladı
Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsinə dair tələblər və şərtlər dəyişib.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası”nda edilən dəyişiklikdə əksini tapıb.
Bu Qayda sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun təminat verməsinə dair tələbləri, təminat verilməsi üçün müraciət qaydasını, təminat üzrə ödəniş şərtlərini və təminatla bağlı digər məsələləri müəyyən edir.
Əgər indiyə qədər kredit hesabatına əsasən, borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (borcalanın zamin durduğu öhdəliklər istisna olmaqla), kredit hesabatına əsasən, borcalan hüquqi şəxsin nizamnamə kapitalında 25% və daha artıq payı olan fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) və kredit hesabatına əsasən, borcalanın kredit öhdəliyi üzrə zamin qismində çıxış edən fiziki və (və ya) hüquqi şəxslərin borcalanın kredit sifarişi tarixinə və ya zəmanətin verilməsi tarixinə kredit öhdəlikləri üzrə 30 (otuz) gündən artıq (onların zamin durduqları öhdəliklər istisna olmaqla) gecikməsi olduqda və ya son bir il ərzində qeyri-işlək kredit statusu almış kredit borcları olduqda zəmanət verilməyib. Dəyişikliyə əsasən, bu hallarda müddət 30 gündən 60 günə qaldırılıb.
İndiyə qədər bir kredit üzrə zəmanətin kreditə nisbəti 15%-dən az, 85%-dən çox olmamalı idi. Dəyişikliyə əsasən, bir kredit üzrə zəmanətin kreditə nisbəti artıq 85 faiz deyil, 90 faizdən çox olmamalıdır.
Hazırda zəmanət verilmiş kredit Fondun Himayəçilik Şurasının müəyyən etdiyi qaydada və yalnız bir dəfə restrukturizasiya edilə bilər. Dəyişikliyə əsasən, yalnız bir dəfə şərti ləğv olunur.
Bundan sonra zəmanət almaq üçün müvəkkil bank aşağıdakı sənədləri Fonda təqdim etməlidir:
- kreditin və zəmanətin verilməsinə dair qeydlər, habelə bankın daxili kredit reytinqi modelinin nəticəsi göstərilməklə müvəkkil bankın səlahiyyətli orqanının qərarı;
- borcalanın maliyyə və əmlak vəziyyətini əks etdirən sənədlər və məlumatlar;
- borcalanın təsis sənədləri (fiziki şəxs olduqda – şəxsiyyətini təsdiq edən sənəd) və VÖEN-i;
-. borcalanın nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan fiziki şəxslərin, habelə kredit üzrə təminat vermiş fiziki şəxslərin (zaminlərin, girov (ipoteka) qoyanların və s.) şəxsiyyətini təsdiq edən sənədlər;
- borcalanın hüquqi şəxs olan qanuni təmsilçisi, nizamnamə kapitalında 25% və daha çox iştirak payı olan hüquqi şəxslər, həmçinin kredit üzrə təminat vermiş hüquqi şəxslər (zaminlər, girov (ipoteka) qoyanlar və s.) barədə dövlət reyestrindən çıxarış;
- borcalanın müvəkkil banka aidiyyəti olan şəxs olmadığını təsdiqləyən və müvəkkil bankın səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd.
Fondun İdarə Heyəti hər bir müvəkkil bank üzrə limiti Fondun Himayəçilik Şurası tərəfindən təsdiq olunmuş daxili təsnifləşdirmə modelinə əsasən müəyyən edəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-08-2022, 21:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər