reklam
Regionxeberlericom.az » Gündəm » Beyləqan xəstəxanasında “ölü canlar”…- Və yaxud adı ştat cədvəlində olub, özləri xəstə yatanlar…- VİDEO

reklam

Beyləqan xəstəxanasında “ölü canlar”…- Və yaxud adı ştat cədvəlində olub, özləri xəstə yatanlar…- VİDEO


















Xatırladaq ki, “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Nurəngiz Bəşirovanın qanunsuz əməlləri barədə son tənqidi materiallarıməz işıq üzü görəndən sonra sözügedən xəstəxanada rəhbərliyin növbəti rəvac verdiyi özbaşınalıqlar və neqativ hallar barədə redaksiyamıza şikayətlər məktublarının ard-arası kəsilmir. İnformasiya mənbələrimiz fəallaşıb. KİV olaraq bizə düşən isə istər redaksiyamıza daxil olan şikayətləri, istər öz müşahidələrimizi, istərsə də müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatları dolğun, dürsüt şəkildə ictimailəşdirmək görəvi düşür. Həmin məlumatların araşdırılması, onlarda ehtiva olunan məsələlərə hüquqi qiymət verilməsi isə aidiyyəti qurumların, hüquq-mühafizə və cinayət təqibi orqanlarının vicdan məsələsidir.

Bu günlərdə redaksiyamıza Beyləqan Rayon Xəstəxanasında yumşaq və bərk inventarların da rəhbərlik tərəfindən “artıq” çıxarılaraq satılması haqda məlumat daxil olub. Etibarlı mənbədən daxil olan həmin məlumatda bildirilir ki, Nurəngiz Bəşirovanın xəstəxanaya direktor təyin olunduğu ilk vaxtlarda hətta buradan xəlvəti ərzaq çıxararaq evə daşıyan maşın polis tərəfindən saxlanılıb. Lakin nədənsə bu fakt rəsmiləşdirilməyib. Mənbə həmçinin bildirir ki, xəstəxanaya daxil olanda ilk növbədə diqqəti çəkən təmizlik və səliqə-səhmanın bağışladığı təəssürat aldadıcıdır. Palatalara girəndə müşahidəli göz, otaqların təchizat standartlarından başı çıxan adam hətta çarpayıların yanında tumboçkaların çatışmadığını da asanlıqla sezə bilər.

Bundan başqa, xəstəxanaya ayrılan xüsusi növ dərman preparatları var ki, hansı ki qeydiyyatda olan xəstələrə verilməlidir. Açıq satışı qadağan olunan həmin dərmanlar xəstəxana tərəfindən xəstələrə lazımi miqdarda verilmir. Ayrıca olaraq o dərmanlardan Beyləqanda apteklərdə satıldığı aşkar müşahidə olunur. Məsələ ondadır ki, həmin dərmanların açıq satışı belə qadağan olunub. Bəs elə isə onlar apteklərə necə ayaq açır? Ümumiyyətlə o preparatların rayona girişi hansı yolla, kimlər tərəfindən təmin olunur?

Yeri gəlmişkən, xəbər verdiyimiz kimi, hazırda Beyləqan rayon prokurorluğunda mərkəzi xəstəxanadan yanacaq oğurlayan sürücülərin cinayət işinin istintaqı gedir. Məqsədəuyğun olar ki, prokurorluq bu məqalədə paylaşdığımız məlumatlar ətrafında da araşdırma aparsın.

Son olaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasının tarixində nəzərdən qaçmayacaq dərəcədə maraqlı olan bir hadisəni xatırlatmaq istəyirik: 37 saylı Tibbi-Sosial Ekspert Komissiyası sədrliyindən xəstəxanaya baş həkim təyinatı alan doktor Leylan Nəsirova həmin vəzifədə heç bir ay işləməmiş öz ərizəsi ilə işdən uzaqlaşdı. Razılaşıq ki, diqqətdən yayınması, əhəmiyyət verilməməsi mümkün olmayan bu fakt cəmiyyətdə müəyyən şübhələrə yol açdı. Dolaşan mümkün versiyalardan ən ağlabatanı isə budur ki, L.Nəsirova müəssisədə dərinləşməkdə olan korrupsiya bataqlığının onun özünü də girdaba çəkəcəyindən ehtiyatlanaraq və N.Bəşirovanın korruptiv işdəycələrində vacib iştirakçı olmaqdan imtina edərək baş həkim vəzifəsini tərk edibmiş.

N.Bəşirova haqqında tənqidi yazılarımızın hələ ilk sırasında qeyd etmişdik ki, o, Vətən müharibəsi dövründə cəbhə bölgəsində xidməti iş aparan xüsusi xidmət orqanlarının zabitlərinə qonaqpərvərlik göstərdiyinə görə, onlarla tanışlıq amilindən sui-istifadə edir. Görünən odur ki, N.Bəşirovanın bunca özündənrazılığını, işləri dolaşanda “sudan quru çıxmağı” bacarmağını məhz himayədarlarının ona qahmar çıxması ilə əlaqələndirənlər yəqin ki yanılmırlar. Ona havadarlıq etdikləri deyilən, Vətənin şəhidlər verdiyi, qazilərin yaralandığı, əsgərlərin ölümlə göz-gözə gəldiyi qanlı-qadalı günlərdə evində qonaq qalaraq komfortlarını təmin edən həmin zabitlərin adlarını öyrənmişik. Qərara gəlmişik ki, onlarla bağlı xidmət apardıqları orqanın rəhbərliyinə sorğu ünvanlayaq. Nəticə barədə oxucularımıza məlumat verəcəyik.

RealMedia.az




Paylaş:


Müəllif : Tarix:
25-08-2022, 11:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər