Ağdaş sakini Səmayə Cəfərova oğlunun müəmmalı ölümü ilə bağlı bu dəfə ekspertizadan şikayətçidir. O, məsələ ilə əlaqədar ədalətli araşdırma və ekspertiza aparılmadığını iddia edir.Yeniavaz.com xəbər verir ki, S.Cəfərova bu barədə “Qafqazinfo”ya müraciətində bildirib.
Qadının sözlərinə görə, 1975-ci il təvəllüdlü İbrahim Cəfərov mayın 4-də gecə saatlarında, yaşadığı evdə vəfat edib. Daxili İşlər Nazirliyinin təkzib etməsinə baxmayaraq, ana yenə bildirir ki, hadisədən bir gün əvvəl Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları oğlunu döyüblər. Qadın övladının daxili orqanlarından xəsarət aldığını, lakin bunun fərqində olmadığı üçün səhəri gün öldüyünü düşünür.
S.Cəfərova deyir ki, oğlunun ölümü ilə bağlı iki dəfə saxta ekspertiza təşkil olunub: “Rəy verən ekspertin səs yazısı var. Səs yazısından məlum olur ki, ekspert təzyiqlə üzləşib. İki ekspertiza keçirilib. Birinci rəyi Ağdaş Rayon Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin eksperti Nasir İsgəndərov vermişdi. O göstərmişdi ki, ölümə səbəb qaraciyər sirrozu, hepatitlə əlaqədar inkişaf etmiş xroniki ürək çatışmazlığının kəskinləşməsi, ürək-qaraciyər çatışmazlığı olub. Həmin rəydə göstərilib ki, İbrahim Cəfərovun meyitində sağ kürəkaltı nahiyənin qançır və sıyrığı, VIII-IX qabırğarası sahədə qansızmalar, V-VI qabırğarası nahiyənin sıyrıqları da aşkarlanıb. Bu xəsarətlər küt alət təsirindən yarana bilər. Amma bu xəsarətlərin ölümün səbəbi ilə əlaqəsi yoxdur.Ailəmiz bu rəylə razılaşmadığından yenidən ekspertiza keçirilməsini tələb etdik. Bu dəfə Yevlax Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya şöbəsinin eksperti Vahid Xəlilov rəy verdi. Bu rəydə isə qabırğanın sındığı göstərilmişdi. Yazılmışdı ki, sağ kürəkaltı nahiyənin tış hissəsinin qançırı və sıyrığı, sağ VIII qabırğanın onurğayanı xətt üzrə yerini dəyişməyən sınığı, kənarları qabırğalı, ucu sferik, uzunsov formalı bərk küt alətin təsirindən törənib, həyatidir. Amma ölümlə birbaşa səbəbli əlaqəsi yoxdur”.
Fotoda: İbrahim Cəfərov ölümündən sonra
Ana hesab edir ki, bu xəsarətlərin ölümə səbəb olmaması haqda rəy verməkdə məqsəd əsl günahkarları məsuliyyətdən kənarda saxlamaqdır: “Yevlax Rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya şöbəsinin eksperti Vahid Xəlilovun səs yazısı var. Deyir ki, mərhumun ölümünə qabırğasının qırılması səbəb ola bilər. Onun sözlərinə görə, qabırğanın qırılmasından sonra yaranan qanın birinci ekspert tərəfindən götürülməsi ehtimalı var. Dedi, “Ağdaşın prokuroru Tural İbrahimov ondan birinci ekspertizanın rəyini təsdiqləməsini istəyib”. Bundan sonra Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov da ona zəng edərək ilk rəyi təsdiqləməsini istəyib və ona “qorxursan?” deyərək irad da bildirib.
Şikayətlərimdən sonra bu iş Ağdaş Rayon Prokurorluğunun müstəntiqi Nəriman Bağırovdan alındı. Çünki o, ekspertlər vasitəsilə işi ört-basdır edib, təqsiri olanları məsuliyyətdən kənarda saxlayırdı. İndi üçüncü dəfə ekspertiza keçiriləcək. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov da söz verdi ki, növbəti ekspertiza rəyi tam obyektiv, hərtərəfli olacaq".
Qeyd edək ki, Daxili İşlər Nazirliyi hələ may ayında İbrahim Cəfərovun polislər tərəfindən döyülməsi, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişməsi haqda ananın dediklərini təkzib etmişdi. Qurum Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının İbrahim Cəfərova fiziki güc tətbiq etməsi nəticəsində vəfat etməsi haqda iddialarının həqiqətə uyğun olmadığını bildirmişdi.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə qarşı olan ittihamlarla bağlı Birliyin tabe olduğu Səhiyyə Nazirliyindən bildirildi ki, istintaq araşdırmaları başa çatana qədər bütün məlumatlar istintaq orqanı tərəfindən verilə bilər: “Mövzu ilə bağlı istintaq orqanlarına müraciət edilməlidir”.
Baş Prokurorluğun mətbuat xidmətindən isə müraciətimizə cavab olaraq bildirildi ki, hazırda qeyd olunan faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın verilməsi təmin ediləcək".
Ağdaş Rayon Məhkəməsinin qərarı ilə meyitin ekshumasiya edilməsi və növbəti dəfə ekspertiza keçirilməsi ilə bağlı qərar verilib.
"Oğlum ölməmişdən bir gün qabaq polislər onu döyüb" - DİN təkzib edir...
Müəllif : Fuad
Tarix:31-08-2022, 16:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Müəllif :
Fuad
Tarix:31-08-2022, 16:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16