reklam
Regionxeberlericom.az » Gündəm » “Lukoyl”un vitse-prezidenti xəstəxananın pəncərəsindən yıxılıb öldü - KİV

reklam

“Lukoyl”un vitse-prezidenti xəstəxananın pəncərəsindən yıxılıb öldü - KİV

















Rusiyanın paytaxtı Moskvanın qərbində bir nəfər Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən yıxılaraq ölüb.

Bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Hadisə Moskva vaxtı ilə saat 07:00 radələrində Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxanada baş verib. Kişi altıncı mərtəbənin pəncərəsindən yıxılıb, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib”, - mənbə bildirib.

Hadisənin səbəbləri və şəraiti müəyyən edilir.

Mətbuatda yayılan məlumata görə, bu şəxs “Lukoyl” neft şirkətinin direktorlar şurasının sədri və vitse-prezidenti Ravil Maqanovdur.




Paylaş:


Müəllif : Tarix:
1-09-2022, 12:01
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər