Rasim Məmmədovun müavini mühafizə şirkətinin rəhbərliyindən getdi
Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edən “Vətən-N Mühafizə Xidməti” MMC-nin (VÖEN - 1202459761) direktoru dəyişib.
“Vətən-N Mühafizə Xidməti” MMC-nin yeni direktoru Cahangirov Namiq Babacan oğludur. MMC-nin əvvəlki direktoru isə Qasımov Etibar Ağahüseyn oğlu olub.
Məlumat üçün bildirək ki, Qasımov Etibar Ağahüseyn oğlu ölkənin aparıcı özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin də (VÖEN – 1700883251) qanuni təmsilçisidir.
“Riyad Mühafizə Xidməti” MMC 25.06.2008-ci ildə dövlət qeydiyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Salyan dön. 2, ev 10-da yerləşir. Mətbuatda yer alan məlumatlara görə “Riyad Mühafizə Xidməti” MMC mərhum iqtisadçı-professor Aqil Əlirza oğlu Əliyevin nəvəsi Riyad Əliyevə məxsusdur.
27.01.2020-ci il tarixində dövlət qeydiyyatına alınan “Vətən-N Mühafizə Xidməti” MMC-nin hüquqi ünvanı isə “Xəzər rayonu, Şüvələn ŞTQ, ev 921 K”-da yerləşir. MMC-nin nizamnamə kapitalı 300 manat təşkil edir.
Onu da bildirək ki, mətbuatda yayılan sənədlərdə (15 mart 2019-cu il tarixli) Qasımov Etibar Ağahüseyn oğlunun eyni zamanda “Alov-Mühafizə” MMC-yə rəhbərlik etdiyi (Baş idarə rəisi) qeyd olunub. Mətbuatda “Alov-Mühafizə” MMC-nin də “Riyad Mühafizə Xidməti” MMC-nin bazası əsasında yaradıldığı bildirilib.
Xatırladaq ki, 2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.
Etibar Qasimov eyni zamanda İctimai Nəzarət Koalisiyasının (İNK) sədr müavini olub. İNK sədri isə bu ilin əvvəlində xüsusi əməliyyatla həbs olunan Rasim Məmmədovdur. Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən saxlanılan Rasim Məmmədov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-09-2022, 15:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər