Zorakılığa məruz qalan 14 yaşlı qızın nənə-babasına hücum edilib - Video
Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qızın bir neçə şəxsin seksual xarakterli zorakılığına məruz qalması ilə bağlı yaranmış gərginlik davam edir.
RegionXəbərləricom.az Musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl yeniyetmə qıza təcavüz etdiyi bildirilən şəxslərdən birinin ailəsi qızın nənə-babasına hücum edib. Zərərçəkmiş qızın babası Seyfi İbrahimov aldığı xəsarətləri göstərib və bildirib ki, bu çirkin əməldə günahlandırılan şəxslər onun gəlininin qohumlarıdır: “Oğlum Eldar vəfat edəndən sonra, onun 3 qızını saxlamışıq, onlar mənə oğlumun əmanətidir. 4-5 müəllim yanına gedir, çox yaxşı oxuyur, 9-cu sinfi bitirəndə 116 bal toplayıb. Xahiş edirəm, bu hadisəyə qanuni şəkildə baxılsın, onlar cəzalarını alsınlar”.
Zərərçəkmiş qızın nənəsi bildirib ki, hadisəyə görə bütün kənd ayağa qalxıb: “Uşağı ona görə böyütməmişik ki, səviyyəsiz, alçaqlar belə etsin. Bizim uşağımız küçə uşağı olmayıb, nəzarətsiz olmayıb ki... Necə olub ki, uşağı bu vəziyyətə çatdırıblar?!”
Qeyd edək ki, 14 yaşlı qızın seksual xarakterli zorakılığa məruz qalması və videosunun çəkilərək yayılması o, hazırlığa getdiyi müddət baş verib. Qıza qarşı zorakılıq edib video çəkdiyi və videonu yaydığı bildirilən 4 nəfərdən 3-ü həbs edilib. Daha bir şəxs isə 18 yaşına çatmadığına görə ailəsinin nəzarətinə verilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:2-09-2022, 11:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər