Deputatın videosu yayıldı: Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edir və polislə mübahisə edir…
Deputatın avtomobilinin saxlanılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb…
Milli Məclisin deputatı Məşhur Məmmədov sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən keçirilən reyd zamanı saxlanılıb.
Deputatın avtomobilinin saxlanılmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdən aydın olur ki, DYP əməkdaşları reyd zamanı deputatın idarə etdiyi avtomobili saxlayır və Məşhur Məmmədovun sürücülük vəsiqəsinin olmadığı bəlli olur. Deputat yol polisi əməkdaşına hazırda sürücülük vəsiqəsinin özündə olmadığını, lakin qısa zamanda oğlunun gətirə biləcəyini bildirir.
Lakin DYP əməkdaşı “gecənin bu vaxtı sizin oğlunuzu gözləməliyikmi?” deyərək, millət vəkilinə etiraz edib.
Görüntülərdə deputatı müşayiət edən bir şəxsin polislə kobud, əl-qol hərəkətləri ilə danışdığı, tabesizlik göstərməyə cəhd göstərdiyi görünür. Həmin şəxs polisin ona “vətəndaş” deyə müraciətinə “mən sənin üçün vətəndaş deyiləm, bağırma”-deyə reaksiya verib.
Görüntülərdən reydin payız və ya qış aylarında keçirildiyi görünür.
Qeyd edək ki, Məşhur Məmmədov Milli Məclisin iri ranqlı biznesmen deputatlarından biri hesab edilir. (editor.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:2-09-2022, 11:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər