reklam
Regionxeberlericom.az » Gündəm » Mülk davası – Kəmaləddin Heydərov Nazim Məmmədovun oğlunu və qohumlarını işdən çıxarıbmış…

reklam

Mülk davası – Kəmaləddin Heydərov Nazim Məmmədovun oğlunu və qohumlarını işdən çıxarıbmış…














Səbəb Kəmaləddin Heydərovun əmlaklarından birinin Nazim Məmmədovun qardaşı arvadının adında olması və geri qaytarılmaması olub…

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlunu və 20-yə yaxın qohumunu işdən çıxarıbmış. “Unikal”ın əldə etdiyi məlumata görə, onların işdən çıxarılması Kəmaləddin Heydərovun əmlaklarından birinin Nazim Məmmədovun qardaşı arvadının adında olması və geri qaytarılmaması olub.

Bildirək ki, bir neçə gün bundan əvvəl FHN naziri Nazim Məmmədovun oğlunu nazirlikdəki işinə qaytarıb.

Onu da qeyd edək ki, Nazim Məmmədov Kəmaləddin Heydərovun sürücüsü olub. Sonradan isə o, general rütbəsi alaraq Dövlət Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində müavini olub. Nazim Məmmədov “ali təhsilini” də 40 yaşından sonra alıb. General saxta diplom qalmaqalları ucbatından bağlanan “Təfəkkür” Universitetindən “məzun” olub.




Paylaş:


Müəllif : Tarix:
2-09-2022, 15:47
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər