Hakim Günel Əkbərlinin qanunsuz qərarı... - ETİRAZ
Pul tələbinə dair məhkəmə qətnamələrinin indeksasiyası ədalət mühakiməsinin ən vacib tərkib hissəsidir.
Sözləri Axar.az-a açıqlamasında Yasamal Rayon Məhkəməsinin hakimi Günel Əkbərlinin məhkəmə qətnaməsinin indeksasiyasından imtina etməsi haqda danışarkən Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir:
“İcra haqqında” qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra məmurları qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsində deyilir: “İndeksləşdirmə Azərbaycan Respublikası ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir”.
Bundan başqa, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının müddəallarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli (5 № li) qərarına əsasən 15 aprel 2002-ci il tarixdən Azərbaycan Respublikası “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasını ratifikasiya edərək onun yuridiksiyasına daxil olmuşdur. Odur ki, məhkəmələr işə baxarkən Avropa Məhkəməsinin presedentlərini tətbiq etməlidir. Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” (19.03.97-ci il 40-cı bənd) məhkəmə işində belə qənaətə gəlmişdir ki, razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol verilsəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı.
Odur ki, pul tələbinə dair məhkəmə qətnamələrinin icrası zamanı indeksasiya çox vacibdir. Davamlı olaraq pul ödənişi nəzərdə tutulan qətnamələrin icrası zamanı əgər indeksləşdirmə həyata keçirilməsə, bir neçə ildən sonra qətnamənin icrası yalnız formal xarakter daşıyar, bu isə ədalət mühakiməsinin prinsiplərinə ziddir”, - hüquqşünas deyib.
Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin hakimi Günel Əkbərli 2017-ci ildə çıxarılmış qətnamənin indeksləşdirməsi haqda tələbdən imtina edib. İmtinasını əsassız olaraq qarşı tərəfin ödəmələr etməsi ilə “əsaslandırmağa” çalışan hakim prosesi tam 6 ay davam etdirib.
Mülki işin 6 ay davam etməsi də daha bir qanun pozuntusudur.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2022, 12:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər