reklam
Regionxeberlericom.az » Gündəm » Bakı Təhsil İdarəsi 2 milyon borcu olan şirkətlə müqavilə imzalayır - Məktəbləri mühafizə edəcək

reklam

Bakı Təhsil İdarəsi 2 milyon borcu olan şirkətlə müqavilə imzalayır - Məktəbləri mühafizə edəcək

















Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi “Alov-Mühafizə” MMC-nin 10 saylı filialı olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən bir sıra ümumi təhsil müəssisələrində mühafizə xidmətinin təşkil edilməsinə görə “Alov-Mühafizə” MMC -yə 217 min 175 manat 18 qəpik ödəniləcək.
Məlumat üçün bildirək ki, “Alov-Mühafizə” MMC 21.04.2009-cu il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Nizami rayonu, Əli Əliyev, ev 16, m. 68”-də yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi Talıbov Xalis Yunus oğludur.
Qeyd edək ki, 2009-cü ildə təsis olunan “Alov-Mühafizə” MMC əsasən təhsil müəssisələri olmaqla Azərbaycanda yüzlərlə dövlət müəssisəsinin mühafizəsini təşkil edir. Mühafizə xidmətilə bağlı keçirilən dövlət satınalmalarının bir çoxunda məhz “Alov-Mühafizə” MMC qalib olur.
Mətbuatda yayılan sənədlərdən (15 mart 2019-cu il tarixli) belə görünür ki, “Alov-Mühafizə” MMC-nin həmtəsisçisi və baş idarə rəisi Qasımov Etibar Ağahüseyn oğludur.

Qasımov Etibar Ağahüseyn oğlu eyni zamanda Azərbaycanın tanınmış özəl mühafizə şirkətlərindən biri olan “Riyad Mühafizə Xidməti” MMC-nin və “Vətən-N Mühafizə Xidməti” MMC-nin qanuni təmsilçisi olub.

Etibar Qasimov eyni zamanda İctimai Nəzarət Koalisiyasının (İNK) sədr müavini olub. İNK sədri isə bu ilin əvvəlində xüsusi əməliyyatla həbs olunan Rasim Məmmədovdur.
Açıqlanan rəsmi məlumatlarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 217 min manatlıq tenderini udan “Alov-Mühafizə” MMC-nin dövlət büdcəsinə 1 milyon 985 min 767 manat 29 qəpik vergi borcu var.
Məlumdur ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tender elanının bu ilin avqust ayının 1-də elan edib. Belə görünür ki, “Alov-Mühafizə” MMC-nin 2 milyonluq borcu son 1 ayda yaranıb. Əks halda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tenderi qanunsuz keçirmiş olacaq.

Onu da qeyd edək ki, “Alov-Mühafizə” MMC aşağıda adları qeyd olunan məktəblərtin mühafizəsini təşkil edəcək.
- Sabunçu rayonu, Maştağa qəsəbəsi Daş karxanası ünvanında yerləşən 22 nömrəli tam orta məktəb
- Yasamal rayonu, Şərifzadə 207 ünvanında yerləşən 52 nömrəli tam orta məktəb
- Xətai rayonu, 8 Noyabr 159 ünvanında yerləşən 59 nömrəli tam orta məktəbin
- Sabunçu rayonu, Nəsib Məlikov küçəsi 7 ünvanında yerləşən 67 nömrəli tam otra məktəb
- Məzahir Rüstəmov 39 ünvanında yerləşən 88 nömrəli tam otra məktəb
- Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Tağıyev 14 ünvanında yerləşən 114 nömrəli tam otra məktəb
- Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 149 nömrəli otra məktəb
- Yasamal rayonu, M.Seyidov 183 ünvanında yerləşən 158 nömrəli tam otra məktəb
- Nəsimi rayonu, S.Rüstəm 35 ünvanında yerləşən 164 nömrəli tam otra məktəb
- Binəqdi rayonu, Gülməmməd Ramazanov 84 ünvanında yerləşən 182 nömrəli otra məktəb
- Maştağa qəsəbəsi, B.Bağırov 91 ünvanında yerləşən 87 nömrəli tam otra məktəb
- Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən 218 nömrəli tam otra məktəb
- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev 31 ünvanında yerləşən 252 nömrəli məktəb-lisey
- Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu 7 ünvanında yerləşən 274 nömrəli tam otra məktəb
- Suraxanı rayonu, Yeni Günəşli A/B yaşayış massivi ünvanında yerləşən 279 nömrəli tam otra məktəb
- Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən 314 nömrəli otra məktəb
- Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov 18 ünvanında yerləşən 318 nömrəli tam otra məktəb




Paylaş:


Müəllif : Tarix:
6-09-2022, 14:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər