reklam
Regionxeberlericom.az » Gündəm » Məcid Əliyev Şəki və Zaqatala səhiyyəsini bazara çevirib… - Baş həkim xəstəxanada “ölü canlar” saxlayır, həkimləri “aylığa” otuzdurub…

reklam

Məcid Əliyev Şəki və Zaqatala səhiyyəsini bazara çevirib… - Baş həkim xəstəxanada “ölü canlar” saxlayır, həkimləri “aylığa” otuzdurub…



















Haqqında bəhs edəcəyimiz  Şəki Rayon Mərkəzi Xəstəxanası ( RMX) barəsində qısa məlumat verək. Şəki rayonunda iki korpusda rayon Mərkəzi Xəstəxanası (RMX), Doğum evi, Birləşmiş uşaq xəstəxanası, Psixatriya xəstəxanası, Ağ ciyər xəstəlikləri xəstəxanası, 7 poliklinik şöbə və poliklinika, 3 kənd sahə xəstəxanası, 15 kənd həkim məntəqəsi, Təcili yardım və s fəaliyyət göstərir. Uzun illər, daha doğrusu, 2010-2017-ci illərdə Məcid Əliyev Şəki  RMX-nin  baş həkimi vəzifəsində çalışıb. Məcid Əliyev  baş həkim olduğu zaman  yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, mediada  yayılan məlumata görə,  Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin  həbs olunması məsələsi gündəmdə olub. Lakin bunlara baxmayaraq Məcid Əliyev  yüksək vəzifəli məmurun  vasitəsilə  nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatalada  xəstəxanaya direktor  vəzifəsinə də təyinat alıb. Sonra isə Zaqatalada Mərkəzi xəstəxananın baş həkimi olub. Onun  bu vəzifəyə  təyin edilməsində TƏBİB-in rəhbəri Vüqar Qurbanovun da  rolu olub. Görəsən bir soruşan olmadı ki, o boyda yeyintiyə, mənimsəməyə görə, vəzifəsindən azad edilən, az qala həbs olunmaq təhlükəsi ilə üz-üzə qalan Məcid Əliyev necə oldu ki, Zaqatala Mərkəzi Xəstəxanasına baş həkim təyin edildi..? Beləliklə Məcid Əliyev Şəkidəki əməllərini  Zaqatalada davam etdirməyə başlayıb. Bəli, Məcid Əliyev Zaqatalada baş həkim kimi çalışarkən, rayonda  “ölü canların”  maaşını yeyən, korrupsioner birisi kimi tanınıb.  Dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətlərin birində Zaqatala rayon Mərkəzi Xəstəxanasına Məcid Əliyevin baş həkim təyin olunduğu gündən sonra sözügedən səhiyyə ocağında özbaşınalığın baş alıb getdiyi, rüşvətxorluğun tüğyan etdiyini bildirirlər. Qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, baş həkimə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da dövlət qurumları və qanunları işləyirsə buyurun yoxlayın.  

Məcid Əliyev rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır. Bu hələ harasıdır..? Məcid Əliyev  elektrik generatotu almaq , hətta tualet kağızı, tibbi əlcək almaq üçün həkimlərdən pul yığır. Bəs görəsən dövlətin ayrıdığı külli miqdarda vəsait kimlərin cibinə gedir..? Bütün bunlar ortada ola-ola  Məcid Əliyev bir müddət əvvəl yenidən Şəkiyə qayıdıb. Bəli, TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə  Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. İndi gördünüzmü, Məcid  Əliyevin Vüqar Qurbanovla dostluğu sarsılmaz imiş.  

Bəli, bu gün Şəkidəki xəstəxanaların işləməyən, ancaq adı olan texniki personalı öz maaşlarını baş həkimlə bölürlər. Məcid Əliyev bir çox kənd sahə xəstəxanalarına və həkim məntəqələrinə öz yaxın adamlarını rəhbər təyin etməklə, onların əli ilə ayrılan vəsaitlərin silinməsinə və bir çox şəxslərin adlarının həmin tibb ocaqlarında getməsinə şərait yaradır. Şəkidəki kənd xəstəxanaları sanki  XVIII əsrdən qalıb, heç birində müasir şərait yoxdur. Məcid Əliyev Şəkidə doğuşun, cərrahi əməliyyatların bahalı  qiymətini müəyyən edib. Qeysəriyyə  üsulu ilə doğmaq  600 manatdır. 

Məcid Əliyev  tibbi stansiyaların müdirlərindən hər ay  1500 manat aylıq alır. Təsəvvür edirsinizmi, Məcid Əliyev  tibbi məntəqələrə lazım olandan çox  sanitar-xadimələr götürür və onların da maaşına  şərikdir. Bəli, Məcid Əliyev  işçiləri işdən çıxardığını deyir və istədiyini alandan sonra onları yenidən işə bərpa edir. Bütün bu yazdıqlarımız  Məcid Əliyevin Zaqatala  və Şəki səhiyyəsində törətdiyi əməllərin cüzi bir hissəsidir. 

Sözü qısası, Məcid Əliyev səhiyyə adına, həkim adına ləkə olan birisidir. Və biz media qurumu olaraq  Məcid Əliyevin əməllərini sonadək araşdırıb  dövlət orqanlarının nəzərinə çatdıracağıq. Qoy haqq-ədalət öz yerini tapsın. Media adından Səhiyyə naziri Teymur Musayevə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevə, TƏBİB-in sədri Vüqar Qurbanova müraciət edirik ki, Məcid Əliyev kimi işbazları  səhiyyə sistemindən uzaqlaşdırsınlar.

P.S. Məcid doktor yazılanlara əgər şübhən varsa, Zaurdan aldığını qaytar özünə, daha o birilərini demirəm.




Paylaş:


Müəllif : Tarix:
8-09-2022, 09:48
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər