reklam
Regionxeberlericom.az » Gündəm » İşsizliyə görə aclıq içində yaşayan göyçaylı ailə Prezidentdən kömək istəyir-ŞİKAYƏT

reklam

İşsizliyə görə aclıq içində yaşayan göyçaylı ailə Prezidentdən kömək istəyir-ŞİKAYƏT










Göyçay rayon Müskürlü kənd sakini Əliyeva Qənimət Valeh qızı tərəfindən

                     ŞİKAYƏT  

Bu şikayət ərizəmdə yazıb Sizə bildiriəm ki,  əyat yoldaşım Əliyev Firdovsi Valik oğlu 2020-ci ilin aprel ayı  tarixdən özünüməşğulluq proqramına qoşulub.Özüm isə işsiz kimi 2019-cu il tarixdən Məşğulluq Mərkəzində qeydiyyatda olsamda indiyə qədər işlə təmin olunmamışam.

Xırdabuynuzlu heyvan verilməsi üün həyat yoldaşım Əliyev Firdovsi Valik oğlunu  18 aprel 2020-ci il tarixdə özünüməşğulluq proqramına qeydiyata alıblar.Həyətimizə tövləmizə və torpaq sahəmizə baxış keçirilib.Ancaq 2 il 6 aydan çoxdur  ki, aktivlə təmin olunmayıb.Hansı ki, həyat yoldaşımdan  sonra özünüməşğulluq proqramına qoşulan adamlar tanıyıram ki, onlara xırda buynuzlu  heyvanlar verilib.Çünki onlar rüşvət veriblər.Bizim ailənin rüşvət verməyə maddi imkanı olmadığı üçün süründürməçiliyə məruz qalmışıq.

Bu bizim qarşı edilən açıq-aşkar qanunsuzluqdur.ailəmizdə heç kəs işləmir himayəmdə azyaşlı uşağım var.Həyətimizdə xırda və iri buynuzlu heyvanlar saxlanılması üçün rahat tövləmiz var. Otlaq üçün münbit torpaq sahəmiz var.Özümüz isə xırda və  iri buynuzlu heyvana əvvəllər baxmışıq.

Ancaq çox təssüf olsun ki, heç bir qanunu əsas olmadan 2 il 6 aydan çoxdur ki, bizi süründürməçiliyə məruz qoyublar.Göyçayda iş yeri və özünüməşğulluq proqramının aktivləri pulla satılır.Rüşvətxor vəzifəli şəxslərin cinayət əməllərinə görə ailəmiz aclıq içində yaşayır. 

 Qeyd edək ki, heç bir yerdə işləmirik həyətyanı sahəmizdə standarta uyğun səliqəli tövləmiz,  münbit torpaq sahəmiz var, iri və xırda buynuzlu heyvanımız yoxdur.Ailəmizdə heç kəs işləmir buna görə çox əziyyət çəkirik. Bu səbəbdən ailəmiz  yoxsulluq içində acınacaqlı şəraitdə yaşayır.

Məqsədimiz veriləcək xırda buynuzlu  heyvanlara baxıb bəsləyib gəlir əldə edib ailəmizi dolandırmaqdır.Ancaq arzumuzu istəyimizi məşğulluq mərkəzi gözümüzdə qoyub.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən , Mehriban xanım Əliyevadan , Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən və  Dövlət Məşğulluq Xidməti İdarə Heyətinin sədri cənab Mustafa Abbasbəyliyə  xahiş edirəm həyat yoldaşım Əliyev Firdovsi Valik oğlunun özünüməşğulluq proqramı əsasında aktivlərlə təmin olunmasına köməklik göstərəsiniz bizii süründürməçiliyə məruz qoymuş vəzifəli şəxsləri cəzalandırasınız.. 

 


 

 

 

 

 

 




Paylaş:


Müəllif : Tarix:
9-09-2022, 09:19
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər