Şəhid Elnur Məhərrəmov dəfn edildi - Fotolar
Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri 2001-ci il təvəllüdlü Göyçay rayon Şəkər kənd sakini Elnur Nərbala oğlu Məhərrəmovun cənazəsi bu gün doğulduğu kəndə gətirilib.
RegionXəbərləricom.az-ın məlumatına görə, Elnur Məhərrəmovun yaşadığı evdə təşkil olunan vida mərasimində onun ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon Şöbəsinin, Göyçay Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub.
Şəhid Elnur Məhhərəmov doğulub boya-başa çatdığı Şəkər kənd qəbristanlığında dəfn olunub. Şəhidin cənazəsinin üzərindəki üç rəngli Azərbaycan bayrağı onun atasına təqdim olunub, havaya yaylım atəşi açılıb hərbi orkestrin ifasında Azərbaycan himni səsləndirilib.
Allah Şəhidlərimizə rəhmət eləsin.
Fuad Hüseynov
Paylaş:
Müəllif : Fuad
Tarix:15-09-2022, 19:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Putin Avropa qoşunlarının Ukraynaya daxil olmasına razılaşacaq” – Makron Trampla razılaşmalardan danışdı

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır