"Polis mayoru dedi ki, səni aparıb qəbiristanlıqda bıçaqlayıb basdıraram, lotuyam..." - Video
Qobustan sakini Anar Səfərli polis mayoru Zöhrab Hüseynovun onu təhqir etdiyini və öldürməklə hədələdiyini deyir.
RegionXəbərləeicom.az MeydanTV-yə istinadən xəbər verir ki, Anar Səfərli sentyabrın 2-dən 3-nə keçən gecə obyektinin arxasında çox sayda post patrul maşınları gördüyünü və buna görə hadisə yerinə yaxınlaşdığını bildirib.
O iddia edir ki, bu zaman hadisə yerində olan polis mayoru Zöhrab Hüseynov aqressiv halda ona hücum edib:
"Hadisədən bir-iki gün əvvəl obyektin yanından oğurluq olub. Fikirləşdim ki, hər halda oğrunu tutublar, ya da bununla bağlı araşdırma aparırlar. Bu zaman polis mayoru Zöhrab Hüseynov mənə yaxınlaşaraq "Sən kimsən, nə üçün bura gəlmisən?", - deyə soruşdu. Dedim ki, obyektimin arxasındakı səs-küyə görə gəlmişəm. Mənə qayıdıb dedi ki, "Sən kimsən, lotusan, razborkaya gəlmisən?" Deyir, səni apararam qəbiristanlığa, 8 dənə bıçaq vuraram, orada da səni basdıraram. Deyirəm, səbəb olmalıdır, məni nəyə görə qəbiristanlığa aparmalısan, məni öldürmək fikriniz hardan ortaya çıxıb? Dedi, mən lotuyam, əcəb edirəm. Gördüm bu içkilidir. Yanında başqa post patrul əməkdaşı var idi. Gördü ki, bu belə danışır. Onu maşına mindirdilər. Maşından düşməyə qoymadılar.
Anar Səfərlinin atası Namiq Səfərov hadisədən sonra 102-yə şikayət etdiklərini bildirib. Sonra polis bölməsinə yollanan ata-oğul orada fərqli mənzərə ilə qarşılaşıblar. Polis mayoru onları orada təhqir edib. Namiq Səfərov polis mayorundan nə üçün təhqir olunduqlarını soruşub:
"Deyir ki, yaxşı edirəm, mən polis mayoruyam, mən narkotik istifadə edirəm, mənim heç nə, heç kim vecimə deyil, hara şikayət edirsən elə. Mən Daxili İşlər Nazirliyinin işçisiyəm”.
Şikayətçi Anar Səfərli qeyd edir:
“Hadisədən bir-iki gün sonra bir adamı öyrədib obyektimə yolladılar ki, mənə ilişsin, mən də bunu vurum. Məni də heç nədən tələyə salsın. Mən də həmin adama heç nə eləmədim. Yola verdim, çıxıb getdi. Sonra kimlərinsə əli ilə məni narkotiklə ilişdirmək istəyirdilər. Mən də getdim, analiz verdim. Analiz cavabları tər-təmiz çıxdı”.
Səfərovlar Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət etsələr də on gündür ki, şikayətlərinin icraata götürülmədiyini iddia edirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2022, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər