Bir ay əvvəl yaranan şirkət Yevlaxda 106 minlik tenderin qalibi oldu
Qazax Dövlət Sosial İqtisad Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi "Orlondo Az” MMC (VÖEN- 1102637081) olub.
"Orlondo Az” MMC Qazax Dövlət Sosial İqtisad Kollecinə 31 min 300 manat dəyərində dəftərxana və təsərrüfat malları satacaq.
Məlumat üçün bildirək ki, tender müsabiqəsi 01.09.2022-ci il tarixində elan olunub. "Orlondo Az” MMC təxminən 2 ay əvvəl – 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
Onu da bildirək ki, "Orlondo Az” MMC dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat dəyərində tender müsabiqəsinin qalibi olub. "Orlondo Az” MMC Mənzil Kommunal Təsərrüfatı Birliyinin əkin materialları və gübrələr satıb.
Qeyd edək ki, "Orlondo Az” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi bir ay əvvəl yaranan və 106 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Cəmi bir ay əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-09-2022, 10:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər