Müdafiə Nazirliyinin yarım milyonluq tenderini udan şirkəti tanıyan yoxdur – Təfərrüat
Müdafiə Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Müdafiə Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Turrus” MMC (VÖEN – 1007464471) olub.
Qeyd edək ki, Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi hissələri üçün qazanxana avadanlıqlarının satın alınması məqsədilə 05.08.2022-ci il tarixində kotirovka sorğusu elan edib.
Tender müsabiqəsinin qalibi olan “Turrus” MMC bu elandan təxminən cəmi 5 ay əvvəl – 17.02.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Qalib şirkətə 570 min 8 manat 16 qəpik ödəniləcək.
Hüquqi ünvanı Binəqədi rayonu, Cəfər Xəndan, ev 1A, m. 48, məh. 3203-də yerləşən MMC-nin nizamnamə kapitalı 100 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Baxşaliyev Nicat Baxşalı oğludur. MMC dövlət qeydiyyatına alınan zaman qanuni təmsilçisi Sahibzadə Xəlqani Ziyafəddin oğlu olub. Bu ilin iyun ayında MMC-nin qanuni təmsilçisi dəyişib. Qanuni təmsilçi dəyişdikdən sonra MMC müxtəlif dövlət qurumları tərəfindən keçirilən və ümumi dəyəri 684 min manat olan 8 tender müsabiqəsində qalib olub.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Turrus” MMC bir dövlət qurumuna (Ekologiya və Təbii Sərvətlər Nazirliyi) dəftər-qələm, başqa bir dövlət qurumuna isə unitaz qapağı satıb.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 3-4 ay əvvəl yaranan bu şirkətin fərqli qurumlara, fərqli məhsulları satmaq üçün hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Məlumat üçün qeyd edək ki, Müdafiə Nazirliyi tərəfindən əvvəllər də bu cür tender müsabiqələri keçirilib.
Aşağıdakı linklərə daxil olaraq bu barədə ətraflı məlumat ala bilərsiniz:
Paylaş:
Müəllif : Fuad
Tarix:19-09-2022, 14:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər