“Paşa Holdinq”in Ziya Məmmədovdan aldığı otelin açılışı olacaq
Bu ilin noyabr ayında Bakıda “The Ritz-Carlton” otelinin açılışı olacaq.
“The Ritz-Carlton” beynəlxalq lüks otellər şəbəkəsidir. Bu şəbəkə dünyanın ən böyük otel holdinqi olan “Marriott İnternational” şirkətinə bağlıdır. Şəbəkənin baş ofisi ABŞ-ın Meriland ştatında yerləşir.
“The Ritz-Carlton” otelinin sahibi “Paşa Holdinq”in törəmə şirkəti olan “Abşeron Hotel Qrup” MMC-dir. Otelin yerləşdiyi bina əvvəllər sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərinə məxsus olub. Həmin binada ABŞ-ın sabiq prezidenti Donald Trampa məxsus olan otellər şəbəkəsinə bağlı olacaq “Tramp Tover” otelinin açılışı nəzərdə tutulmuşdu. Hətta Donald Trampın qızı İvanka Tramp 2014-cü ildə Bakıya gələrək inşaat işlərilə tanış olub. Tramp ABŞ prezidenti seçildikdən sonra Bakıdakı otel biznesindən imtina etdiyini açıqlayıb. Bir ildən sonra – 2017-ci ildə Ziya Məmmədov da nəqliyyat naziri vəzifəsindən azad olunub. Bu tarixdən sonra bina istifadəsiz qalıb. 2018-ci ildə binada güclü yanğın baş verib. Elə həmin il “Bakı-XXI əsr” MMC-nin sifarişi əsasında “Paşa Holdinq” ilə eyni hüquqi ünvanda yerləşən “Nort Vest Konstrakşen” MMC tərəfindən təmir (“açar təhvil”) olunub.
Onu da bildirək ki, “Bakı-XXI Əsr” MMC 01.03.2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Bu şirkət qeydiyyata alındıqdan 2 ay sonra Nəqliyyat Nazirliyinin sifarişi əsasında Bakıda Beynəlxalq Avtovağzal Kompleksinin tikintisinə başlayıb. Kompleski 2009-cu ildə təhvil verib.
Açılış mərasimində sabiq nəqliyyat naziri Ziya Məmmədov prezidentə məlumat verib ki, 2004-cü ilin mayında təməli qoyulan kompleksin sifarişçisi Nəqliyyat Nazirliyi, baş podratçı isə “Bakı-XXI əsr” şirkəti olub.
Dövlət qeydiyyatına alındıqdan cəmi 2 ay sonra nəhəng kompleksin inşasına başlayan “Bakı-XXI Əsr” MMC-nin təsisçisinin kim olduğu rəsmi şəkildə açıqlanmayıb. Lakin 2011-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, hazırda AMEA-nın İşlər İdarəsinin müdiri olan sabiq deputat Elton Məmmədov mətbuata verdiyi açıqlmada “Bakı-XXI Əsr” MMC-nin təsisçilərindən biri olduğunu deyib. Hazırda “Bakı-XXI Əsr” MMC-nin qanuni təmsilçisi Səidə Əflatun qızı Baxşıyevadır. Səidə Baxşiyeva daha əvvəl “Paşa Holdinq”ə bağlı olan bir-neçə şirkətin (“Shahdag Hotel Company”, “Yeni İntourist Hotel Company”, “Yeni Bilgəh Hoteli”, “Baku Boulevard Hotel Company” və “Baku Hospitality Company”) qanuni təmsilçisi olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-09-2022, 17:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB