reklam
Regionxeberlericom.az » Gündəm » 7 sinif yoldaşı tərəfindən zorlandığı deyilən yeniyetmənin ANASINDAN dəhşətli AÇIQLAMA

reklam

7 sinif yoldaşı tərəfindən zorlandığı deyilən yeniyetmənin ANASINDAN dəhşətli AÇIQLAMA

















Cəlilabad rayonunda 12 yaşlı yeniyetmə oğlanın 7 sinif yoldaşı tərəfindən zorlanması xəbəri ilə bağlı məsələ gündəmi alt-üst edib.

Hadisə Cəlilabad rayon Günəşli kənd 1 nömrəli tam orta məktəbin idman dərsində baş verib. 12 yaşlı oğlan 7 sinif yoldaşı tərəfindən mütəmadi olaraq cinsi təcavüzə məruz qalıb, hal 7-8 dəfə təkrarlanıb və valideyninə bu barədə açıqlamaması üçün gözü qorxudulub.

Bizim.Media-ya bu iddialarla çıxış edən Günəşli kənd sakini Pərvanə Cəbrayılova dəhşətli olayla bağlı 4 aydır ki, işə düzgün baxılmadığından, üz tutduğu qurumlardan ədalətsiz münasibət gördüyündən, əsassız qərar çıxarıldığından və hələ də səsinə səs verilmədiyindən gileylənib:

Qeyd edək ki, 4 ay əvvəl baş verən hadisə ilə bağlı təhqiqat prosesi sonlanıb və rayon prokurorluğu tərəfindən zorlanma faktının təsdiqini tapmaması ilə bağlı qərar verilib.

Hər şeydən əlacı kəsilən ana nə edəcəyini bilmir:

“Bu olay hər bir valideynə ləkə gətirə biləcək bir məsələdir və övladımın başına bu yaşda belə bir bəlanın açılmasına görə çox üzülürəm. Həm də ona görə üzülürəm ki, aylarla bundan xəbərim olmayıb. Özümü də bağışlamıram. Bunu həmin uşaqlardan birinin valideyni evimə gələrək dedi. Oğlu da yanındaydı və 7-8 dəfə etdiklərini təsdiqlədi. Şok keçirdim, özümdən necə getmişdimsə, ağzımda dişim sındı və ayılanda onları evimdə görmədim.

Onun oğlu ilə qızı mənim oğlumla bir sinifdə oxuyur və bütün sinif xəbərdardır. O ərəfədə direktor bütün valideyni yığaraq “bu söz ağızdan çıxmasın, məktəb üçün ləkədir” deyib. Məktəbin direktor müavini Rəfiqə Babayeva evimə qədər gəlib şikayəti geri götürməyimi istədi. “Qayıt bu yoldan, uduzacaqsan” dedi”.

Ana deyir ki, təhqiqat prosesində bir dəfə də olsun faktı mənə açıqlayan valideyn izahatı və ərizəsi alınmayıb. Uşaq dindirilməyib və hadisə yerinə baxış keçirilməyib:

“Bu hadisə həftənin 2 və 4-cü günlərində sonuncu idman dərsində baş verib. Oğlum dəfələrlə həmin dərsdən çıxmaq istəsə də, direktor müavini və idman fənnini tədris edən Ruslan müəllim qapıdan onu dərsə qaytarırmış.

Oğlumdan soruşmuşam ki, niyə müəlliminə vəziyyəti açıqlamırdın? Deyir, uşaqlar məni hədələyirdi ki, bir kəsə baş verənlərdən danışsan, səni məktəbdə biabır edəcəyik və gələn dəfə bundan betərini edəcəyik.

2 ay keçəndən sonra uşaq mənə elə şeyləri danışdı ki, dəhşətə gəldim. Azərbaycan dili dərsində zorakılıq edənlərdən birinin təhdidi, işarəsi ilə zorla çölə çıxarılıb və başına o hərəkətlər gətirilibmiş.

Hadisədən sonra yoldaşımla birgə məktəbin direktoru Nizami İsmayılova yaxınlaşdıq. O, məsələdən xəbərsiz olduğunu bildirərək, oğlumun sinif rəhbəri Zahidə Şahbazovaya zəng etdi. Sinif rəhbəri “problemi həll etmişəm” deyəndə, direktor cavabında “problemi həll etmisənsə, mənim niyə xəbərim yoxdur?” dedi.

O danışıqdan sonra bir daha əmin oldum ki, bu hadisə baş verib. Cəlilabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının əməkdaşı, psixoloq Günay İbadova uşağı dindirəndə dediklərinə dözə bilmədi. Onun reablitasiyası üçün iş görülmədi.

Uşağım bu yaşda ciddi travma aldı. 43 ildir bu kənddəyəm. Bu günə qədər nə mənim, nə həyat yoldaşımın polisə şikayətimiz, kənd sakinləri və məktəblə hər hansı münaqişəmiz olmayıb. Niyə yalan danışım və uşağımı belə bir iyrənc olayda bədnam edim? Kim istəyər ki, belə bir şey olsun?”

Ana heç bir qurumun hərəkətə keçmədiyindən şikayətlənib:

“Cəlilabad Rayon prokurorluğu tərəfindən verilmiş qərarda Məhkəmə-Tibbi Ekspertizasının rəyi yoxdur. Niyə? o rəy ortada yoxdur? Bəlkə bu olayda böyük yaşlı uşaqlar da var, oğlum açıqlaya bilmir. Niyə araşdırılmır? Təhqiqatçı Rəvan Əliyevin məni kobud şəkildə otağından çıxartdığını da ərizələrimdə qeyd etmişəm.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyirəm. Həkim Rauf müəllimdən uşağın müayinə olunmasını rica etdim.

“Belə bir şey ola bilməz” deyib başından atdı. Həkimin səhlənkarlığı barədə Səhiyyə Nazirliyinə də müraciət etmişəm. Bir qadın ki, ölkənin bütün qurumlarından kömək istəyə və hamısı da eyni şəkildə cavab verə, daha kimə nə deyim? Zorakılıq olmayıbsa, mənim harayım, qışqırığım niyədir? Nə döyülmə? Sizcə, döyülməyə görə bu qədər quruma müraciət edərəm? Məni əsassız qərarlarla susdura bilməzlər. Təkrar ekspertiza tələb etmişəm”.

Pərvanə Cəbrayılova oğlunun dərsə gedə bilmədiyindən də gileylənib. O, nə sinif rəhbərinin, nə də məktəb direktorunun bu məsələ ilə maraqlandığını dilə gətirib:

“Bu iyrəncliyi edənlərin 7-si başqa sinfə keçirilib və ikinci növbəyə salınıb. Amma mənim balam evdə oturub, dərsə getmir. Heç ötən ilki kitabları da yığılmayıb. Elm və Təhsil Nazirliyinin 146 saylı Qaynar Xəttinə iyun ayından hər gün zəng edirəm.

Məsələyə baxılmır. Bir neçə dəfə məktəbə getmişəm, saatlarla dəhlizdə gözləmişəm. Nə direktor, nə də müavini problemlə maraqlanır. Bildiyim qədər Zahidə Şahbazova oğlumgilin sinfindən imtina edib.

İstənilən halda, zorakılıq görən və ciddi travma alan oğluma niyə belə münasibət var? 7 nəfərdən biri üzbəüz qonşumdur. Sososial şəbəkələrdə əleyhimizə şərhlər yazıb, bizi linç edirlər. Bu qədər haqsızlığa artıq dözə bilmirəm”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev həmin müraciət əsasında Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparıldığını və təyin edilmiş ekspertizanın nəticəsində iddiaların təsdiqini tapmadığını bildirib.

O, qeyd edib ki, həmin yeniyetmələrin əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə) maddəsinin tərkibinin olduğu müəyyən edilib. Lakin həmin yeniyetmələrin 16 yaşı tamam olmadığı üçün barələrində İXM-nin 157-ci maddəsilə tədbir görülməsi mümkün olmadığından onlarla bağlı məsələ profilaktiki işin təşkili qrupuna həvalə olunub.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov isə Bizim.Media-ya açıqlamasında hadisənin bir neçə ay əvvəl baş verdiyini bildirsə də, məsələnin əsl mahiyyəti barədə əməkdaşları vasitəsilə ətraflı açıqlama veriləcəyini vurğulayıb. Amma saytımıza bununla bağlı hər hansı mövqe bildirilməyib.

Sözügedən yeniyetmənin dərsdən kənar qalması məsələsi ilə bağlı məktəblə əlaqə yaratmaq cəhdimiz baş tutmayıb.

Mövzunu davam etdirəcəyik...

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Bizim.Media




Paylaş:


Müəllif : Tarix:
22-09-2022, 11:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər