"Rüşvət təklif elədim ki, işi bağlayaq" - həbs edilən şirkət rəhbərinin etirafı
Vətəndaşlara ipoteka ilə ev almağa kömək edəcəyini vəd edib, daha sonra onları aldatmaqda ittiham edilən şirkət rəhbəri hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1984-cü il təvəllüdlü İsmayılov Aydın Cəlal oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, Aydın İsmayılov ailəsindən ayrılıb, himayəsində bir azyaşlı övladı var.
Onun daha əvvəl də dələduzluğa görə həbs cəzası aldığı məlum olub. 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Aydın İsmayılov vaxtından əvvəl, 2017-ci ildə azadlığa çıxıb.
Məhkəmənin gedişində Aydın İsmayılov məhkəməyə vəsatətlə müraciət edib. O, məhkəmə prosesinin gedişatının audio və video görüntülərlə lentə alınmasını istəyib.
Hakimlər kollegiyası vəsatəti əsassız hesab edərək qəbul etməyib.
Aydın İsmayılov digər vəsatətində işin ibtidai istintaqa qaytarılmasını istəyib. O deyib ki, istintaq dövründə qanun pozuntuları qeydə alınıb.
O, cinayət işi materiallarında axtarışa verilməsi və həbs edilməsi barədə yazılanların həqiqəti əks etdirmədiyini deyib. Müttəhim bildirib ki, istintaq dövründə heç bir yerə qaçmayıb:
"Mən korrupsiya idarəsinə görüşə getmişəm. Müstəntiqlə də görüşmüşəm. Videogörüntülərlə tələb edirəm, amma vermirlər. Həmçinin polis müstəntiqi ilə də görüşdüm. Özüm polisə rüşvət təklif elədim ki, pul alıb, bu işi bağlasın. Amma bunu sübut edə bilmirəm. Lakin videogörüntülər var. Mən necə axtarışa verilmişəm, hara qaçmışam?".
Dövlət ittihamçısı və zərərçəkmişlər vəsatətin təmin edilməməsini istəyib.
Məhkəmə vəsatətləri təmin etməyib.
A.İsmayılov sonuncu dəfə həbs edilənə qədər "SN qrup" MMC-nin direktoru olub.
İttihama görə, Aydın İsmayılov öz qulluq mövqeyindən istifadə edərək aldatma yolu ilə 2018-ci ilin iyul-avqust aylarında feysbuk sosial şəbəkəsində elan verməklə ev və torpaq sahəsi almaq istəyən şəxslərə rəhbəri olduğu MMC tərəfindən güzəştli kredit veriləcəyini bildirib.
Həmin elanla əlaqədar ona müraciət edən ayrı-ayrı şəxsləri cəmiyyətin ofisinə dəvət edərək, onlara şəxsiyyət vəsiqəsi ilə az miqdarda ödəniş qarşılığında sərfəli faizlə ipoteka krediti verəcəyini yalandan bildirib. Bu yolla həmin şəxsləri aldadaraq, bankda yerləşən şəxsi hesabına ümumilikdə 97 min manat məbləğində pulun köçürülməsinə nail olub. Lakin verdiyi vədə əməl etməyib.
Zərərçəkmiş Vüsal Həsənov deyir ötən il iyulun sonlarında Nobel prospekti 175 ünvanında yerləşən sözügedən şirkətə ipoteka krediti üçün müraciət edib: "Mən ailəmlə bərabər neçə illərdir ki, kirayədə yaşayıram. İnternetdən bu şirkətin tək şəxsiyyət vəsiqəsilə ipoteka verdiyini gördüm və gedib şərtləri ilə tanış oldum. NZS tərəfdə dəyəri 30 min manat olan ev tapdıq. Şirkətin nümayəndəsi Maqsud Orucov gəlib evlə tanış oldu və onu qiymətləndirdi. Dedilər ki, bunun üçün 750 manat komissiya haqqı, 6000 manat isə ilkin ödəniş etməlisiniz. Məbləği də Bank Respublikanın Caspian Plazanın yaxınlığında yerləşən ofisində Sevinc xanıma yaxınlaşaraq ödəyəcəksiniz. Avqustun 1-də məbləği ödədik və adımıza iki sənəd rəsmiləşdirdilər. Sənədlərin biri "İpotekanın rəsmiləşdirilməsi üçün ilkin ödəniş" kimi qeyd edilib. Bu da da bizə prosesin rəsmi olması qənaətini verdi. Mənimlə bərabər daha yeddi nəfər şəxs də alacaqları mənzillər üçün pul ödəyib.
Avqustun 3-də alqı-satqı həyata keçirilməsi üçün ASAN Xidmətə getdik. Şirkətin nümayəndəsi Maqsud Orucov da bizimlə bərabər idi. Onunla bərabər axşama kimi direktor Aydın İsmayılovu gözlədik, amma o gəlmədi. Səhər əlaqə saxlayanda isə nömrəsinə zəng çatmadı. Maqsud Orucov dedi ki, Aydın İsmayılov ofisdə ona məxsus olan əşyalarını götürərək yoxa çıxıb. Bildirdi ki, başlarına indiyə kimi belə bir hal gəlməyib. Halbuki heç ev satmayıblarmış. Ofisi də bir aylıq kirayə götürüblərmiş.
Biz də dərhal Yasamal rayonu 27- ci polis bölməsinə şikayət etdik. Ama indiyə kimi hələ də cinayət işi açılmayıb. Bizə məlumdur ki, Aydın İsmayılov ölkə daxilindədir. Mən məsələnin hüquqi müstəvidə tez zamanda araşdırılmasını, Aydın İsmayılovun cəzalandırılmasını, pullarımızın qaytarılmasını tələb edirəm".
Təqsirləndirilən Aydın İsmayılov barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) və 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə ittiham edilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-07-2019, 15:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-07-2019, 15:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
23-11-2024, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39