reklam
Regionxeberlericom.az » Gündəm » Şəhidin adını daşıyan məktəbdə `MÜHARİBƏ ŞƏRAİTİ` - BU NƏDİ BELƏ?

reklam

Şəhidin adını daşıyan məktəbdə `MÜHARİBƏ ŞƏRAİTİ` - BU NƏDİ BELƏ?


















Ağsu rayon sakini Cabir Cəfərov özünün feysbuk səhifəsində bərbad vəziyyətdə olan Ağsu rayon məktəblərindən birini paylaşaraq, Təhsil Nazirliyinin və aidiyyəti qurumların məsələyə diqqət göstərməsini istəyib.

Sozcu.az saytı Cabir Cəfərovun həmin yazısını olduğu kimi təqdim edir:

“Gördüyünüz bu fotolar qaniçən Bəşər Əsəd və Vladimir Putinin bombaladığı Hələb və Mariupol şəhərlərində olan məktəblərdir. Ümid edirəm ki, hökumətimiz bu acınacaqlı vəziyyətə biganə qalmayıb,bu şəhərlərdə yeni məktəb binasının tikintisinə maliyyə vəsaiti ayıracaq.

















Əşşşşi zarafat edirəm, bu fotolar Ağsu şəhərində yerləşən Şəhid Soltan Umbayev adına 2 saylı tam orta məktəbindir. Bu məktəbdə ölüm-itim olmadan keçirilən hər gün üçün nəzir-niyaz paylanılmalıdır. Bina tam olaraq qəzalı vəziyyətdədir,siniflər get-gedə uçur,tavan yerə tökülür və s. Təsəvvür edin ki,neçə illərdir ki, vəziyyət belədir. Və vəziyyət belə ola-ola 2017-ci ilin sentyabr-oktyabr aylarında məktəbin dam örtüyü söküldü ki,guya yenisini vuracaqlar. Bəli,bütün yayı gözləyib ,payızda sökdülər və həmin ərəfədə də 2-3 gün elə bir güclü yağış yağdı ki,necə deyərlər “tut ucundan göyə çıx”. Deməli,binanın üstü tam açıq,güclü yağış …

Məktəbin birinci mərtəbəsində əməlli-başlı sel axırdı. Dəhşətdir,nə var ki,hər hansı bir korrupsiya şəbəkəsi pul yeyəcəkdi,məktəb kollektivi, şagird və valideynlərlər zülm çəkdi ,zülm. O yağışdan sonra məktəbin kitabı tamamilə bağlandı ,məktəbdə məktəblik qalmadı. Məktəbin 3-cü mərtəbəsi tam olaraq sıradan çıxdı,digər mərtəbələr də yararsız vəziyyətə düşdü. Amma bu kiminsə vecinə oldu? Əsla! Nə icra hakimiyyəti,nə təhsil şöbəsi bir dəfə məsələ qaldırmadı ki,2 saylı məktəb bu vəziyyətdədir. Şəxsən mən bu vəziyyətlə bağlı ölkə başçısına bir neçə dəfə məktubla müraciət etmişəm(yenə yazacam), müxtəlif xəbər saytlarında ,sosial şəbəkədə işıqlandırmışam,amma nə faydası, köhnə hamam,köhnə tas. Ağsuda 5 şəhər məktəbi var,bunların 4-ü təmir olub,bir qalıb 2 saylı məktəb. Bu məktəbin də lobbisi zəifdir deyə qalıb belə”.

 





Paylaş:


Müəllif : Tarix:
26-09-2022, 10:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər