reklam
Regionxeberlericom.az » Gündəm » “MEAT-DAİRY”, yoxsa “YÜKSƏK TİCARƏT”?

reklam

“MEAT-DAİRY”, yoxsa “YÜKSƏK TİCARƏT”?

















Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə”Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti tərəfindən istilik xətlərində təmir bərpa işləri üçün Qum və Çınqılın satınalınması üzrrə keçirilmiş açıq tenderdə qalib “MEAT-DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 16.09.2022-i il tarixdə 79060 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb.

Açıq mənbələr üzərindən apardığımız araşdırmalar zamanı məlum oldu ki, “MEAT-DAİRY” MMC 1997-ci ildə yaradılmış “CTC Holdinq” ASC-nin tabeliyində olan və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər qrupundan biridir. Şirkət kənd təsərrüfatı və meyvə və tərəvəzlərin alqı-satqı sahəsində fəaliyyət göstərir. Şirkətin davamlı fəaliyyət istiqamətlərindən biri Avropa, MDB və Baltikyanı ölkələrdən yüksək keyfiyyət və zəmanətlə istehsal olunan qida məhsullarının Azərbaycana gətirilməsi təşkil etməkdir. Sağlam qida prinsipini əsas tutan şirkət daha çox təlabat olan məhsullarının – toyuq əti, mal əti, bitki və kərə yağlarının idxalını həyata keçirir. Bu məlumatlar “CTC Holdinq” in rəsmi veb-saytından götürülüb. Qeyd edək ki, “STS Holding” ASC-nin direktoru Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü Məhəmməd Nağıyevdir.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş malgötürənin,yəni qalib kimi göstərilən  “MEAT-DAİRY” MMC-nin VÖEN ( 1000093331) -ni araşdırdıqda məlum oldu ki, bu “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09.03.2000-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, BİNƏQƏDİ RAYONU, MİR CƏLAL, ev 34, m. 154, qanuni təmsilçisi kimi isə Ramazanov Bəhlul Məmməd oğlu qeyd olunub.

Qeyd edək ki, Ramazanov Bəhlul Məmməd oğlu həm də Zığ qəsəbəsində yerləşən “Yeni Bakı Süd Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur. Onun qanuni təmsilçisi olduğu “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 2000-ci ildə yaradılmasına baxmayaraq açıq mənbələrdə heç bir məlumat yoxdu.

Daha maraqlı olan odur ki, dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlarda “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus VÖEN-lə, lakin qalibin adı “MEAT-DAİRY” MMC kimi göstərilən daha bir tender keçirilib.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyində olan 328 sayl hərbi hissə tərəfindən gəmilər üçün su altı və su üstü boyaların satın alınması üzrə keçirilmiş açıq tenderdə də qalib “MEAT-DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilib və tərəflər arasında 14.09.2022-i il tarixdə 768 062 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı açıqlanıb. Qeyd etdiyimiz kimi, VÖEN isə “YÜKSƏK TİCARƏT” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur.

Yuxarıda qeyd etdiyimiz kimi “MEAT-DAİRY” MMC-nin fəaliyyət sferası bəlli olsa da, VÖEN-i yoxdur. Bu MMC-nin “CTC Holdinq” Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olması ilə əlaqadər ola bilər. Lakin sifarişçi dövlət qurumlarının, “Azəristiliktəchizat” ASC və Sərhəd Xidmətinin tabeliyində olan 328 sayl hərbi hissənin qalib kimi “MEAT-DAİRY”  MMC-nin deyil, “YÜKSƏK TİCARƏT” MMC-nin VÖEN-nini göstərmələri artıq suallar doğurmaya bilmir.  Bu yanlışlıqla ola bilməz. Yanlışlığı dövlət qurumlarından biri edə bilərdi. Lakin iki günün ərzində ayrı-ayrı dövlət qurumlarının satınalmaların vahid internet portalına yerləşdirdiyi məlumatlarda yanlışlığa yol verməsi heç inandırıçı görsənmir. Bu şirkətləri bir-birinə bağlayan bir tel mütləq var. Şübhələr də elə buradan başlayır.

Bu, ya STS Holding” ASC-nin direktoru Məhəmməd Nağıyevlə “YÜKSƏK TİCARƏT”  MMC-nin direktoru Bəhlul Ramazanovun işbirliyinin nəticəsidir, ya da adıçəkilən dövlət qurumlarının şübhəli əməlləridir ki, üstünün açılmasını belə tezliklə gözləmirdilər.

Aktualinfo.org




Paylaş:


Müəllif : Tarix:
26-09-2022, 11:32
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər