Putin sabotaj siqnalını verdi: - Üsyana zəmin yarandı
"Şimal axını"nda dördüncü qaz sızması baş verib.
Bu barədə İsveç mediası yerli sahil mühafizəsinə istinadən məlumat yayıb. Beləliklə, İsveç iqtisadi zonalarında iki, Danimarkada isə daha iki sızma təsdiqlənib. Bu arada “Sky News” Britaniya kəşfiyyat mənbələrinə istinadən bildirib ki, Baltik dənizində qaz kəmərlərinə hücum üçün uzaqdan idarə edilən partlayıcı qurğulardan istifadə edilib. Qeyd edək ki, NATO “Şimal axını”ndakı insidentləri təxribat adlandırıb.
NATO-nun bəyanatında vurğulanıb ki, boru kəmərlərinin zədələnməsi dərin narahatlığa səbəb olub:
“Bütün məlumatlar göstərir ki, bu, düşünülmüş, məsuliyyətsiz təxribat aktının nəticəsidir". Alyans həmçinin vəziyyətin araşdırılmasının vacibliyinə diqqət çəkib, çünki sızmalar gəmiçilik üçün təhlükə yaradır və ətraf mühitə zərər verir. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, “Şimal axını” hadisəsi ABŞ-ın nəzarətində olan Danimarka və İsveçin xüsusi iqtisadi zonasında (XİZ) baş verib.
Xatırladaq ki, sentyabrın 26-na keçən gecə “Şimal axını- 2” qaz kəmərində təzyiq aşağı düşüb, “A” borusunda azalma qeydə alınıb. Həmçinin, Bornholm adasının şimal-şərqində Danimarkanın eksklüziv iqtisadi zonasında “Şimal axını- 1”in hər iki xəttində təzyiq azalması qeydə alınıb. Sızma zonalarında gəmilərin daşınması üçün beş mil uzunluğunda qadağan zonası yaradılıb.
“Der Tagesspiegel” qəzeti sentyabrın 27-də yazıb ki, məqsədyönlü təxribat “Şimal axını- 2” qaz kəmərində və “Şimal axını”nın hər iki xəttində təzyiqin aşağı düşməsinə səbəb ola bilərdi. Birinci “Şimal axını”nın operatoru “Nord Stream AG” bildirib ki, Baltik dənizində üç qaz kəmərinin dağıdılması misli görünməmiş hadisədir. “Şimal axını”na dəyən zərərin təzminatı 17 milyard avro həcmində qiymətləndirilib.
Sentyabrın 28-də Kreml “Şimal axını”nda fövqəladə vəziyyətdən sonra Polşanın “eyforiya reaksiyasına” və ABŞ-ın Avropa İttifaqına maye qaz tədarükündən nəhəng gəlir əldə etməsinə işarə edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, “Şimal axını”nda fövqəladə vəziyyətin təfərrüatlarını aydınlaşdırmaq və vəziyyəti düzəltmək üçün hələ də qarşılıqlı fəaliyyət və dialoq çatışmazlığı var. Rusiyada baş vermiş hadisələrlə bağlı beynəlxalq terror aktı törətmək maddəsi ilə cinayət işi başlanıb. Qeyd olunur ki, Rusiya Federasiyasından qaz Aİ ölkələrinə həm sənaye, həm də yaşayış evlərinin qızdırılması üçün verilib. İndi fövqəladə vəziyyətdən sonra ilkin araşdırmalara başlanılıb. Bu arada, Amerika hərbi helikopterləri sentyabr ayı ərzində müntəzəm olaraq “Nord Streams”-dən qazın sızdığı Bornholm adasının ərazisində uçuşlar həyata keçirib.
Sentyabrın 29-da məlum olub ki, İsveç Sahil Mühafizəsi “Şimal axını”ndan dördüncü qaz sızmasını aşkar edib. Avropa İttifaqı rəsmiləri isə hesab edir ki, Rusiya və Almaniya arasında “Şimal axını” qaz kəmərində baş verən sızıntılar qəsdən edilib. Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Josep Borrell üstüörtülü şəkildə Moskvaya işarə edərək, “Aİ-yə görə, bu sızıntılar təsadüf deyil, düşünülmüş bir hərəkətin nəticəsidir”,- deyib. Aldıqları bütün məlumatların bunu göstərdiyini bildirən Borrell sızmaların qəsdən yaradıldığına dair işarələrin olduğunu qeyd edib.
Ukrayna administrasiyası da partlayışların arxasında Rusiyanın olduğunu iddia edir. Kiyevin bəyanatında deyilir ki, Baltik dənizində boru kəmərlərindəki partlayışlar Moskvanın Avropa İttifaqına qarşı planlaşdırdığı terror aktının nəticəsidir. Beləliklə, “Şimal axını”nda baş verən proseslərlə bağlı müxtəlif yanaşmalar var. DİA.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət”ə bildirib ki, İsveç sularında baş verən bu hadisə nəticəsində “Şimal axını-1” və “Şimal axını-2”nin tamamilə sıradan çıxması ilə bağlı da mülahizələr var:
“Dərinlikdə yerləşən bu boru kəmərlərində sızma nəticəsində dəniz suyunun həmin boru xətlərinə düşməsi, nəticədə korroziyaya yol açmasından danışılır. Bu, o deməkdir ki, boruların bərpa olunması mümkün deyil və bəlkə də yeni xətlər çəkilməlidir. İki boru xəttinin yaxın aylarda, hətta gələn ilin yay aylarına qədər tamamilə sıradan çıxdığı da deyilir. Bu isə Avropanın qaz təminatının daha da azalacağını söyləməyə əsas verir. Çünki “Şimal axını-2” layihəsi işləməsə də “Şimal axını-1” layihəsi ilə Avropa keçən il 56 milyard kubmetr qaz almışdı. Bu da Avropanın Rusiyadan aldığı qazın üçdə birini, 32-33 faizini təşkil edirdi. Avropanın bu qədər qaz həcmindən məhrum olması bir tərəfdən Rusiyanın xeyrinədir. Çünki qaz təminatında problemlərin yaşanması əhalini Avropa hökumətlərinə qarşı daha da aqressivləşdirir. Gələn il Avropanın bir neçə ölkəsində yaz-yay aylarında seçkilər də nəzərdə tutulub. Belə bir ehtimal da var ki, əgər qışda çox böyük çətinliklər olacaqsa, həmin seçkilərdə indiki hökumətin məğlub olması gözlənilir. Ən son İtaliyada gördük ki, bu günə qədər hökumətdə olan qüvvə seçkiləri uduzdu. Daha çox konservativ və Rusiyaya çox da aqressiv olmayan güclər hakimiyyətə gəlir. Bu nöqteyi-nəzərdən baxsaq, Rusiyaya sərf edir, hadisənin arxasında Rusiyanın olması ehtimalı çox yüksəkdir”.
Ekspertin sözlərinə görə, ancaq burada tək Rusiya deyil. Məsələ həm də ondan ibarətdir ki, Avropanın qaz təminatı uğrunda mübarizə gedir:
“Sıxılmış qaz satan ölkələr var, o cümlədən ABŞ bazarda dominant olmağa çalışır. İqtisadi nöqteyi-nəzərdən baxanda, sıxılmış qazın qiymətinin qalxması həmin qazı satan ölkələrə- ABŞ, Kanada, Qətər, Birləşmiş Ərəb Əmirliyinə də sərf edir. Bu, o demək deyil ki, hadisəni onlar ediblər. İqtisadi baxımdan xeyir götürənlər daha çoxdur. Bu mənada maraqlı və təhlükəli hadisədir. Çünki bu qədər regional müharibələr olurdu, ancaq heç vaxt strateji infrastruktur layihələrdə hansısa sabotaj əməlləri görmürdük. İlk dəfədir ki, böyük infrastruktur layihəsində belə bir sabotaj əməlləri görünür. Onun hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq, ciddi, təhlükəli siqnaldır. Bu, o deməkdir ki, hibrid müharibələr artıq infrastrukturların da üzərindən aparıla bilər. Bu da dünya iqtisadiyyatında onsuz da ağır olan durumu daha da çətinləşdirə, ağırlaşdıra bilər”.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-09-2022, 12:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər