Hacı Abgülün həbsdən çıxdığı gün verdiyi müsahibə tənqid edildi - Video
Xəbər verdiyimiz kimi, 11 illik həbsdən sonra tanınmış ruhani Hacı Abgül (Abgül Süleymanov) ötən gün azadlığa çıxıb.
Hacı Abgülün həbsxanadan çıxanda Meydan TV-yə verdiyi müsahibə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, İrandakı hazırkı vəziyyətdən danışan A.Süleymanovun fikirləri birmənalı qarşılanmayıb: “İranda aksiyalar həmişə olur. 45 ildir orda hər 5 ildən bir bu hadisələr baş verir. O şeylər dünyanın hər yerində olur. Orada başqa şey istəyirlər, burada başqa şey, Amerikada başqa şey. Hər ölkənin öz problemləri var. İndi onlarda azad hicab istəyirlər, hicabsız olmaq istəyirlər. Ölkə qanunlar var, buna yol vermir. Burada biz çox şeylər istəyirik, qanunlar yol vermir. O, demək deyil ki, biz əlimizə silah alıb vuraq, dükanları, maşınları yandıraq. Camaatın, xalqın mülkünə ziyan vurmaq olmaz axı. Amma orda onu edirlər. Əgər tələbləri, haqlı tələbləri varsa hökumət onları dinləyə bilər”.
Hacı Abgül qeyd edib ki, İrandakı aksiyanı dəstəkləyə bilməz: “Çünki orada iş məcrasından çıxıb. Onların nə tələb etdiyi bilinmir. Biri lüt soyunur. O nədir? Dünyanın heç bir yerində qəbul olunmayan bir şeydir”.
O, əxlaq polisi tərəfindən öldürüldüyü deyilən gənc fəal Məhsa Əmini haqda da danışıb: “Məhsa Əminini polis öldürməyib ki… Deyirlər ki, o, əməliyyat olunmuşdu başından. Üstünə bir az qışqırıblar, ola bilsin. Onun da ürəyi tutub ölüb də”.
Xatırladaq ki, A.Süleymanov 2011-ci ildə İsmayıllınln Lahıc kəndində qayınatasının evində olarkən həbs edilmişdi. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətə azadlıqdan məhrum edilmişdi. Hacı Abgül ictimai təhlükəsizliyin pozulmasına cəhddə təsqirləndirilirdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-10-2022, 14:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər