Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi
“ABŞ-ın Ukrayna üçün lend-liz qanunu bu gün qüvvəyə minib”.
Bunu sosial şəbəkə hesabındakı paylaşımında Ukrayna Ali Radasının rəhbəri Ruslan Stefançuk yazıb.
“Bu da daha fərqli və keyfiyyətli silahlar deməkdir. Ukrayna sözsüz ki, bütün ərazilərini geri alacaq”, - paylaşımda bildirilib.
Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden bu il mayın 10-da Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalayıb. Qanun layihəsini daha əvvəl Konqresin Aşağı (Nümayəndələr) və Yuxarı (Senat) palataları təsdiqləyib. Sənəd Cozef Baydenin Ukraynaya müdafiə aktivlərini icarəyə vermək və ya ötürmək, eləcə də başqa məqsədlər üçün səlahiyyətlərini genişləndirir. Həmçinin aktın qəbulundan sonra ABŞ Prezidenti 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tutur.
Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb
Paylaş:
Müəllif : Fuad
Tarix:1-10-2022, 16:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər