reklam
Regionxeberlericom.az » Gündəm » Sabiq deputata qarşı dələduzluq edən şəxs həbs edildi - TƏFƏRRÜAT

reklam

Sabiq deputata qarşı dələduzluq edən şəxs həbs edildi - TƏFƏRRÜAT

















Naxçıvan Ali Məclisinin sabiq deputatı və Naxçıvanda müxtəlif rəhbər vəzifələr tutmuş Nəsrulla Bayramova qarşı dələduzluq etməkdə ittiham olunan Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

RegionXəbərləricom.az teleqraf.com-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zamində olan təqsirləndirilən Elçin Bağırovun iştirak etmədiyi məlum olub.

Məhkəmədə bildirilib ki, Elçin Bağırov başqa bir işlə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunub və ona həmin iş üzrə dələduzluq ittihamı verildiyi bildirilib.

Hakim isə Elçin Bağırovun məhkəmədə olan cinayət işi üzrə gətirilməsi barədə müvafiq quruma məktub göndərəcəyini deyib.

Növbəti proses oktyabrın 7-ə təyin olunub.

Qeyd edək ki, Nəsrulla Bayramov biznes qurmaq üçün Bağırov Elçin Səməd oğluna 230 min manat verib.

Razılaşmaya görə, Elçin Bağırov ucuz qiymətə aldığı armaturları tikinti şirkətlərinə satıb, qazancı hər ay Nəsrulla Bayramovla böləcəkmiş.

Xatırladaq ki, Nəsrulla Bayramovdan başqa, cinayət işi üzrə 6 nəfər – Samir Daşdəmirov, Sadiq Əkbərov, Natəvan Əkbərova, Zaur Mirzəyev, Səbuhi Tağıyev və Rəşad Şirinov zərərçəkmiş qismində tanınıblar.

Istintaq orqanı tərəfindən Elçin Bağırovun barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham elan eidlib.




Paylaş:


Müəllif : Tarix:
3-10-2022, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər