Zibil paketi, süpürgə, xəkəndaz… – Mədəniyyət Nazirliyi milyonları necə xərcləyir?
Mədəniyyət Nazirliyi “Antaris” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb. Maliyyə dəyəri 874 138.28 AZN olan müqavilədə nazirliyə mərkəzləşmiş qaydada dəftərxana və təsərrüfat mallarının satın alınması nəzərdə tutulur.
Tenderin şərtlərindən məlum olur ki, Mədəniyyət Nazirliyinin təmizlik bezi, zibil paketi, zibil vedrəsi, səhifə nişanı, stolüstü sənəd rəfi, masaüstü dəst, qələm, kabel başlıqları, elektrik açar, süpürgə, xəkəndaz, döşəmə silən dəsti və s. bu kimi ofis və təsərrüfat mallarına ehtiyacı yaranıb.
Maraqlıdır ki, nazirlik əlavə olaraq Aparatın dəftərxana və ofis malları ilə təmin olunması üçün “Antaris” QSC ilə maliyyə dəyəri 82 229.17 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb.
Bu ilin iyun ayında isə Mədəniyyət Nazirliyinin Elmi Metodiki və İxtisasartırma Mərkəzi “Antaris” QSC ilə 35 613 manatlıq müqavilə imzalayıb. Müqavilədə dəftərxa və təsərrüfat mallarının alınması nəzərdə tutulur.
Beləliklə, bir il ərzində Mədəniyyət Nazirliyi dəfətərxana və ofis mallarına təxminən 1 milyon manata yaxın pul xərəcləyəcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Antaris” QSC 30 yanvar 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 3000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi, ev 46B-də yerləşir. QSC-nin qanuni təmsilçisi Axundov Samir Nurəddin oğludur.
“Antaris” QSC əvvəllər MMC formasında fəaliyyət göstərib. 2022-ci ildə şirkətin reyestr məlumatlarına dəyişiklik edilib. Görünür, bununla “Antaris”in təşkilati hüquqi forması dəyişib.
“Antaris” QSC hal-hazırda nəhəng neft və tikinti proyektlərini, bankları, holdinqləri və dövlət müəssisələrini bütün lazımi ofis ləvazimatı ilə təchiz edir.
Şirkətin xidmət sahələri: dəftərxana ləvazimatları, kağız, poliqrafiya, möhür, mebel, seyf və digər ofis interyeri əşyaları, kartric və tonerlər, promo-materiallar, çöl və daxili reklam istehsalı. Şirkət eləcə də bir çox dünya şöhrətli markaların distribyutorudur.
Samir Axundov barəsində isə açıq mənbələrdə hər hansı məlumat yoxdur. Yalnız onun 2018-ci ildə Caspian European Club(CEO)ın 11-ci CEO Lunch-da fəxri qonaq qismində iştirakı barədə məlumat var.
Reportyor.info
Paylaş:
Müəllif : Fuad
Tarix:4-10-2022, 10:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər