İnam Kərimov şəhid anasının müraciətlərinə məhəl qoymur - Prezidentə şikayət olundu
“Kənd təsərrüfatı naziri İnam Kərimov şəhid və Qarabağ müharibəsi veteranının qardaşını, ixtisasca alim-aqronom, üç körpə uşaq atası olan oğlum Naməddin Tofiq oğlu Həsənovu işdən çıxarıb. Bir ildir ki, etdiyimiz minlərlə şikayət və müraciətlərə nazir tərəfindən məhəl qoyulmur”.
Bunu Tovuz rayonunun Vahidli kənd sakini, Şəhid və Qarabağ müharibəsi veteranının anası Ceyran Məhəmməd qızı Həsənova Azərbaycan Respublikasının Prezidentinə və KİV-lərə ünvanladığı müraciətində yazıb.
Şəhid anası “Reytinq” qəzetinin redaksiyasına da göndərdiyi müraciətində bildirir ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 saylı qərarının 3.2.9. bəndinə görə, idarə və təşkilatlarda ixtisar aparılarsa, şəhid ailəsi üzvlərinə üstünlük verilir, əgər müəssisənin fəaliyyəti tam dayandırılarsa, şəhid ailəsinin üzvü digər təşkilatda işlə təmin olunmalıdır.
C. Həsənova İ. Kərimova xatırladır ki, Nazirlər Kabinetinin qərarında yazılanlara istisnasız əməl edilməlidir.
Şəhid anası Azərbaycan prezidentinə müraciətində yazır:
“Oğlumun işlədiyi təşkilatda heç bir ixtisar aparılmayıb, əksinə, idarə daha da genişləndirilib. Ən maraqlısı isə budur ki, həmin idarədə respublika üzrə yeganə şəhid və müharibə veteranı qardaşı mənim oğlumdur və o da işdən azad olunub”.
Şikayətçi iddia edir ki, İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin kadr korpusunu məhv edərək, qeyri-ixtisas sahibi olan qohum və həmyerlilərini işlə təmin edib, sanki ailə ansamblı yaradıb:
“İnam Kərimovun “ailə ansanblı” dövlətə külli miqdarda ziyan vuraraq büdcəni talayır. Onun yaxın qohumlarından biri Ağstafa rayonunda həm atçılıq, həm də qoyunçuluq təsərrüfatının rəhbəri, digər qohumu, ixtisasca tarix müəllimi olan şəxs Tərəvəzçilik İnstitutunun direktoru, müavin və idarə rəisləri isə hüquqşünas, regionşünas, politoloq, neftçi, riyaziyyat, coğrafiya və əlifba (ibtidai sinif nəzərdə tutulur-red.) müəllimləridir. Öz həmyerlisi və yaxını, qeyri-ixtisas sahibi olan bir şəxsi isə Aqrar Universitetə rektor əvəzi təyin etdirib. Belə faktlar sadalamaqla qurtaran deyil. Bir sözlə, İnam Kərimov kənd təsərrüfatı mütəxəssislərinə sanki qənim kəsilib”.
C. Həsənova yazır ki, Biləsuvar rayonunun həbs edilmiş sabiq icra başçısının qara kassası olmuş və hazırda Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışan Rəfail Quliyevin ünvanladığı saxta cavab məktubları onu intihar həddinə çatdırıb:
“Onu da qeyd edim ki, Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Rəşad Vahabzadənin oğlumdan 25000, Tərtər rayonunda toxumçuluq təsərrüfatının rəhbərindən 58000 manat rüşvət tələb etməsi barədə etdiyimiz müraciətlər də nəticəsiz qalıb. Hətta Baş Prokurorluğa müraciət edərək bildirmişəm ki, Tərtər rayonundan fermer 4 iyul 2022-ci il tarixdə, saat 9 radələrində oğluma zəng edərək bildirib ki, Rəşad Vahabzadə məndən də 58000 manat tələb edir, bildirir ki, pulun 10000 manatı mənimdir, qalanı yuxarınındır, gəlin birləşək, şikayət edək. Mən həmin telefon danışığının araşdırılmasını tələb etsəm də, heç bir tədbir görülmədi. Bundan əlavə, Rəşad Vahabzadə tabeliyində olan Ağdam Dövlət Sort Sınaq Məntəqəsində 2021-ci ildə yetişdirilmiş 76 ton təmiz pambıq məhsulunun subsidiyasını, həmin məhsulun əkin subsidiyasını və digər aqrotexniki tədbirlər üçün nəzərdə tutulan vəsaitləri mənimsəyib. 2022-ci ildə isə yenə Ağdam Dövlət Sort Sınaq Məntəqəsində yetişdirilmiş 70 ton buğda məhsulunu, Zaqatala DSSM-dən isə tonlarla fındıq məhsulunu heç bir sənədləşmə aparılmadan Bakı şəhərinə aparıb satdıraraq pulunu mənimsəyib. Halbuki həmin vəsaitlər Sort Sınaq məntəqələrinin hesabına köçürülməli və oradan da təyinatı üzrə xərclənməlidir. Bunu araşdırmaq üçün peşəkar hüquqşünas olmağa ehtiyac yoxdur və sənədlər qaldırılarsa, cinayətin üstü açılar.
Rəşad Vahabzadə 30 sentyabr 2022-ci il tarixdə respublika üzrə video-formatda iclas keçirib, iclasda sona qədər çayxana söhbətləri edib və qanuna zidd olaraq işçilərə bildirib ki, sizə Sort Sınaq məntəqələrində başqa işlərə qarışmağa icazə vermirəm, siz yalnız qruntda morfoloji xassələri müəyyən edə bilərsiniz. Mən isə İnam Kərimovdan xahiş edirəm, bizə izah etsin görək QRUNTDA MORFOLOJİ XASSƏ nə deməkdir və bu nə biabırçılıqdır. Qruntda morfoloji xassə yəqin İnam Kərimovun əziz və istəkli, lakin qeyri-ixtisas sahibi Rəşadın yeni ixtirasıdır. Özünü idarə edə bilməyən və qeyri-ixtisas sahibi olan Rəşad Vahabzadəyə izah edirəm ki, qrunt nəzarətində sort əsilliyi müəyyən edilir”.
Şəhid anası iddia edir ki, Kənd Təsərrüfatı Nazirliyi sistemində korrupsiya və rüşvətxorluq baş alıb edir, dövlət büdcəsi talan olunur və bu işlərin başında nazir İ. Kərimov dayanır: “İnam Kərimov həbs edilməsə ölkəni aclıq və fəlakətdən xilas etmək mümkün olmayacaq”.
Şəhid anası C. Həsənova daha sonra yazır:
“Cənab prezident!
Kənd təsərrüfatından anlayışı olmayan, quzunu qucağına basaraq şəkil çəkdirib görüntü yaradan, Şəhid və Vətən məvhumuna hörmət qoymayan İnam Kərimov haqqında tədbir görməyinizi xahiş edirəm. Əks təqdirdə ölkəni ərzaq böhranından xilas etmək mümkün olmayacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-10-2022, 10:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər