reklam
Regionxeberlericom.az » Gündəm » “Akkord”a qarşı bir gündə 5 məhkəmə iddiası qaldırıldı

reklam

“Akkord”a qarşı bir gündə 5 məhkəmə iddiası qaldırıldı

















Bir gün ərazində ölkənin aparıcı şirkətlərindən olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə (VÖEN – 9900080711)  qarşı 5 məhkəmə iddiası qaldırılıb.

Məhkəmə iddiaları dünən - 10.10.2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimlərinin icraatına verilib.

“VINCHI” MMC-nin qaldırdığı iddia podrat müqaviləsi üzrə mübahisələrlə bağlıdır və işə hakim Ülkər Həsənova baxacaq.

Amır Safaienin qaldırdığı iddia da podrat müqaviləsi üzrə mübahisələrlə bağlıdır və işə hakim Leyla Əliyeva baxacaq.

Xəbəri rus dilində oxuyun: За один день против "Аккорд" подали 5 исков

"Aqrarkredit" QSC BOKT-ın “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə və Məlikova Püstəxanım Əli qızına qarşı qaldırdığı iddia kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır. İşə hakim Kənan Hüseynov baxacaq.

"Aqrarkredit" QSC BOKT-ın “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə və Hacıyev Namiq Vaqif oğluna qarşı qaldırdığı iddia da kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır. İşə hakim Nərmin Əhmədova baxacaq.

Mehdiyev Tehran Şahverdi oğlunun qaldırdığı iddia isə alqı-satqı müqaviləsi üzrə mübahisələrlə bağlıdır və işə hakim Fərrux Qasımov baxacaq.

Məlumat üçün bildirək ki, barəsində məhkəmə iddiası qaldırılan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC isə 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 83 milyon 259 min 750 manat olan şirkətə Ayhan Keskinkılıç rəhbərlik edir.

Qeyd edək ki, uzun illər mətbuatda “Akkord” şirkətinin sabiq baş prokuror Zakir Qaralova məxsus olması ilə bağlı çoxsaylı yazılar yayımlanıb.





Paylaş:


Müəllif : Tarix:
11-10-2022, 11:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər