reklam
Regionxeberlericom.az » Gündəm » Etibar Əliyevin generala qarşı 3 milyonluq iddiası təmin edildi

reklam

Etibar Əliyevin generala qarşı 3 milyonluq iddiası təmin edildi

















“Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Etibar Əliyevin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şixəliyev və İstintaq Baş İdarəsinin ibtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi vəzifəsində işləmiş polkovnik-leytenant Vüsal Ələkbərova qarşı qaldırdığı mülki iddia təmin edilib.

Bakı Hərbi Məhkəməsidə hakim Elbəy Allahverdiyevin sədli sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən, cinayət işi üzrə zərərçəkmiş şəxslər - Əliyev Etibar Mahmud oğlu, həyat yoldaşı Bayramova Esmira Məcid qızı və oğlu Əliyev Kəramət Etibar oğlu tərəfindən qaldırılan mülki iddialar əsaslı hesab olunub.

Hökm qanuni qüvvəyə minərsə, Mövlam Şixəliyev və Vüsal Ələkbərov 3.515.500 manat məbləğində pul vəsaitini, eləcə də iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 2.547,50 manat məbləğdə dövlət rüsumunu müştərək qaydada ödəyəcəklər.

Qeyd edək ki, Etibar Əliyev 2012-ci ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunub. Həmin vaxt onun həbsdən azad olunması üçün 3 milyon manat məbləğində əmlakını verməyi tələb edilib.

Etibar Əliyev tələbi rədd etdikdən sonra isə oğlu Kəramət Əliyevi həbs olunacağı ilə hədələyiblər. Bundan sonra Vüsal Ələkbərov Kəramət Əliyevdən 500 min avro alıb.

Bundan sonra Etibar Əliyev oğlunun həbs olunacağından çəkinərək həyat yoldaşının adına olan beşmərtəbəli evi satıb, tələb olunan 3 milyon manatı Mövlam Şixəliyev və Vüsal Ələkbərova verib.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 11 il 2 ay, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Mövlam Şıxəliyevin general rütbəsindən məhrum edilməsi üçün Prezidentə təqdimat göndərilməsi barədə qərar qəbul olunub.




Paylaş:


Müəllif : Tarix:
11-10-2022, 15:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər