reklam
Regionxeberlericom.az » Gündəm » Bərdə rayonunun Əyricə kənd orta məktəbi İstismar müddətini başa vursada Təhsil Nazirliyi heç bir tədbir görmür-ŞİKAYƏT

reklam

Bərdə rayonunun Əyricə kənd orta məktəbi İstismar müddətini başa vursada Təhsil Nazirliyi heç bir tədbir görmür-ŞİKAYƏT
















Məktəbin istismar müddəti bitsə də, təmir olunmur

Bərdə rayonunun Əyricə Kənd orta məktəbi İstismar müddətini başa vurduğundan bina qəzalı vəziyyətə düşüb. İllərdir təmir olunmayan məktəb binası uçub-dağılır. Məktəb binasının qəzalı vəziyyətinə görə müəllimlər də, valideynlər qədər narahatdırlar.

Uşağın biri gəldi ki, başıma yuxarıdan daş düşdü

“Hazırda burada şagirdlərin təhsil almaları olduqca təhlükəlidir. Uşağın biri gəldi ki, başıma yuxarıdan daş düşdü. Bir də görürsən şagirdin ayağı sınıq döşəməyə keçib yaralanıb. Yaxınlarda gəlib təmir adı ilə bir-iki iş görüb getdilər. Ancaq gördüyünüz kimi məktəb əsaslı təmirə bağlanmalıdır”, - müəllimlərdən biri belə deyir.

Hər an uça bilər

“Əyricə kənd orta məktəbinin binası 1969-cu ildə istifadəyə verilib. 50 ildən çoxdur istifadə olunan təhsil ocağı bu günəcən əsaslı təimir olunmayıb. İki mərtəbəli binanın dam örtüyü çürüyüb. Yağan yağışlar məktəbin içindədir. Divarları oyulub-gedir, hər an uça bilər. Döşəmə elə vəziyyətdədir ki, hər an çökə bilər. Pəncərələri təsəvvür etmək üçün göz gəzdirmək kifayətdir. Məktəbdə məktəblik qalmayıb”, -kənd sakini Solmaz Məmmədova narazılığını bildirir.

Hər dəfə söz verirlər təmir edəcəklər, etmirlər

Əyricə kənd sakini Lamiyə Fərəcli deyir ki, “Nəinki sinif otaqları, eləcə də idman zalı bərbad vəziyyətdədir. Normal dərs keçə bilmirlər. Qış aylarında ümumiyyətlə siniflərdə oturmaq mümkün deyil. Hər dəfə söz verirlər təmir edəcəklər, etmirlər”.

Binanın qəzalı vəziyyəti ilə bağlı məktəb kollektivi və kənd camaatı dəfələrlə aidiyyatı qurumlara müraciət etdiklərini deyirlər. Buna baxmayaraq müraciətləri cavabsız qalıb.

Rəsmi qurum məktəbin təmir ediləcəyi vaxtı bilmir


















Məsələyə aydınlıq gətirmək üçün üz tutduq Qarabağ Regional Təhsil İdarəsinin Bərdə sektoruna. Rəsmi qurumdan Belediyye.netə məktəbin hazırkı vəziyyəti ilə bağlı məlumatlı olduqlarını dedilər. Məlumata görə, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət olunub. Onu da dedilər ki, yeni məktəb binasının nə zaman təmir olunacağı barədə məlumatları yoxdur.

Verilən məlumatdan aydın olur ki, məktəbin təmir olunacağı vaxtı və zamanı heç rəsmi qurum da bilmir. Görünüşə görə, Əyricə məktəblilərinin gözləməkdən başqa yolu yoxdur. Məktəbin təmir olunacağı qeyri-müəyyən vaxta kimi sözügedən uçuq-sökük binada təhsil almağa davam edəcəklər.

Mövzu ilə bağlı video sujeti təqdim edirik:




Paylaş:


Müəllif : Tarix:
15-10-2022, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər