Naxçıvan polisində NƏ BAŞ VERİR? - İDDİA
"Naxçıvandan iki mühüm xəbər almışam". Bunu paylaşımında tanınmış jurnalist, son zamanlar Naxçıvanda baş verən mübhəm olaylarla bağlı apardığı araşdırmaları ilə diqqət çəkən Heydər Oğuz bildirib.
Jurnalist daha sonra qeyd edir: "Bir xəbərə görə, paytaxtdan gələn DSX nümayəndələri Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının bölmələrinin yeni rəislərini kollektivə təqdim edib, geri qayıdıblar.
Digər bir məlumata görə, Naxçıvan MR DİN-də xüsusi müşavirə keçirilib, bütün idarə və bölmələrə bundan sonra əvvəlki qaydaları unutmaq, yeni iş rejiminə keçmək tapşırılıb. Yeni iş rejimində bütün fəaliyyətin qanun çərçivəsində həyata keçirilməsi və sənədləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan MR DİN-də keçirilən məxfi toplantıda qeyri-leqal dəftərxananın yandırılmasının əmr olunduğu iddiaları irəli sürülürdü. Hətta iddialara görə, müşavirədən sonra bəzi polis idarələrinin həyətində tonqallar qalanmışdı. Görünür, bu tonqallar Naxçıvan polisinin günahdan arınma mərasiminin zəruri elementlərindən biri imiş".
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
Paylaş:
Müəllif : Fuad
Tarix:19-10-2022, 08:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər